“Rəsulzadəyə qarşı sayğısızlıq edənlər...” – Deputatdan sərt etiraz

“Rəsulzadəyə qarşı sayğısızlıq edənlər...” – Deputatdan sərt etiraz“Dörd il öncə Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı sayğısızlıq məsələsini Milli Məclisdə hörmətli xalq şairimiz Sabir Rüstəmxanlı ilə birlikdə gündəmə gətirmişdik, ayrı-ayrı məmurlarla da bu mövzuda sərt mübahisələrimiz olmuşdu. Bu ərdəmsizliyi edənlər az sonra öz yanlışlarını anlayaraq torbanı büstün üzərindən götürdülər”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, indi də Rəsulzadəyə yeni bir ədəbsizliyə imza atmaq istəyənlər tapılıb:

“Novxanıda Məhəmməd Əmin Rəsulzadənin ata evinin üzərindən xatirə barelyefini söküb aparıblar. Bununla bağlı sosial şəbəkədə fotofakta istinad edən paylaşımlar da edilib. Bu, əlbəttə hansı motivlə edilməsi araşdırılandan sonra qiymət verilməsi zəruri olan bir hadisədir. Əgər bunu kimlərsə siyasi xarakterli bir linç əməliyyatı olaraq düşünmüşlərsə, bu, eyni zamanda Rəsulzadənin 130 illik yubileyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır.

Əminəm ki, ölkəmizin hüquq-mühafizə orqanları milli dövlətimizin qurucusunun xatirəsinə qarşı göstərilən bu sayğısızlığın ciddi şəkildə araşdırılmasını təmin edəcəklər. Bununla belə, düşünürəm ki, bu kimi hadisələr içimizdə ciddi narahatçılıq yaratsa da, təsəlli üçün də düşünəcəyimiz bir şeylər var. Məhəmməd Əmin bəy kimi dahilərin yaşamasını, çalışmasını ehtiva edən xatirə obyektləri nisbi mahiyyət daşıyır”.

Fazil Mustafa qeyd edib ki, bu gün Bakının köhnə Sovetski adlanan yaşayış yerində və başqa mərkəzi məkanlarda yüzlərlə ev abadlaşdıma məqsədi ilə söküldü və bunların içində vaxtilə tanınmış Azərbaycan övladlarının yaşayıb- yaratdığı evlər də oldu:

“Yəni xeyli barelyefləri asmaq üçün artıq real evlər qalmadı. Bu anlaşılan bir durumdur, ancaq Novxanıda durub-durub da bareleyfin çıxarılmasının izahını tapmaq xeyli müşkül məsələ olacaq. Bir də Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların evi Novxanıda köhnə bir ata ocağı ilə məhdudlaşmır, bütün Azərbaycanın adı çəkilən hər məkanda olan evlər, ocaqlar onların Vətən evi, Vətən ocağı sayılır. Narahat olmamağa əsasımız budur ki, Məhəmməd Əmin bəyin qəlbimizin içindən asılmış bareleyfini oğurlamaq isə yüz ildir kimsəyə nəsib olmur və olmayacaq”.

“Rəsulzadəyə qarşı sayğısızlıq edənlər...” – Deputatdan sərt etiraz

  • 16-01-2019, 15:10
  • 155


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  5. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  6. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI