Nazirlik yayılan məlumatları təkzib etmədi

Nazirlik yayılan məlumatları təkzib etmədiTəhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq məlumatı nə təsdiq, nə də inkar etməyiblər.

“Təhsil Nazirliyində bununla bağlı hər hansı məlumat yoxdur”, – nazirlikdən qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalıdır. Sərəncamda regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılmasına göstəriş verilib. Lakin indiyədək bu reallaşmayıb.

Bu müddətdə Təhsil Nazirliyi sistemində strukturunun yenilənməsi baxımından dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasından ibarət olub. 2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhərlər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə həyata keçirilməsinə başlanıb.

Nazirlik yayılan məlumatları təkzib etmədi

  • 17-01-2019, 14:55
  • 150


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  5. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  6. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI