Azərbaycanda daha 3 qurum ləğv edildi, yeni agentlik yaradıldı –FƏRMAN

Azərbaycanda daha 3 qurum ləğv edildi, yeni agentlik yaradıldı –FƏRMANPrezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanla Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılır. Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilir.

Bundan başqa, Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv olunur.

Fərmana əsasən, Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Müəyyən edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanılması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi Nazirliyin tabeliyindəki qurumların (“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla) dövlət büdcəsinə ödədiyi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşır.

Fərmanda Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, bir sıra nazirliklərə və digər dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Azərbaycanda daha 3 qurum ləğv edildi, yeni agentlik yaradıldı –FƏRMAN

  • 17-01-2019, 19:36
  • 144


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI