Bu yolda hərəkət məhdudlaşdırıldı- SƏBƏB

595 21-01-2019, 12:13 cemiyyet

Bu yolda hərəkət məhdudlaşdırıldı- SƏBƏBSumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

Bu barədə xeberdar.net-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur”,- deyə Agentliyin məlumatında qeyd olunub.

XƏBƏR LENTİ