Milli Şuranın şənbə günü keçirmək istədiyi mitinqlə bağlı QƏRAR VERİLDİ

665 24-01-2019, 18:09 cemiyyet

Milli Şuranın şənbə günü keçirmək istədiyi mitinqlə bağlı QƏRAR VERİLDİBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli "Report"a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
"Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktubunu müzakirə edərək müvafiq qərar verəcək", - R.Əhmədli bildirib.
Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.

XƏBƏR LENTİ