Sosial şəbəkələrlə bağlı təklif... - Qanuna dəyişiklik edilir

553 25-01-2019, 13:54 cemiyyet

Sosial şəbəkələrlə bağlı təklif... - Qanuna dəyişiklik edilirXəbər verdiyimiz kimi, “Gənclər siyasəti haqqında” qanuna birinci oxunuşda bır sıra dəyişikliklərin edilməsi məsələsi təklif edilir.
Dəyişikliklərdə təklif edilən bəndlərdən biri gənclərin informasiya texnologiyalarından və sosial şəbəkələrdən istifadəsi ilə bağlıdır. Qanuna 4.0.21-ci məzmunda əlavə edilən maddədə bildirilir ki, gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilmsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüquququn qorunmasına nəzarət təmin edilir.

Sözügedən maddəylə bağlı parlamentin Gənclər və idman komitəsinin üzvü Əli Hüseynli çıxış edib. Onun sözlərinə görə, bu, çox fundamental məsələdir: “ Çünki bu vasitələrdən ən çox gənclər istifadə edir. Müşahidə onu göstərir ki, sosial şəbəkələrdən istifadə zamanı insanların şərəf və ləyaqətinin toxunulmazlığı hüququ pozulur. Bu bizim digər qanunlarımızda var. Amma biz onu tam təmin edə bilməmişik. Bu baxımdan bilmək istəyirəm ki, hüququn qorunmasına nəzarətimi nəzərdə tuturuq? Məncə, məqsədimiz hüququn qorunması olmalıdır”.

XƏBƏR LENTİ