KƏŞFİYYAT QURUMLARI ARASINDA SAVAŞ DƏRİNLƏŞİR:Almaniya kəşfiyyatı da MKİ əleyhdarına çevrilir - ARAŞDIRMA

KƏŞFİYYAT QURUMLARI ARASINDA SAVAŞ DƏRİNLƏŞİR:Almaniya kəşfiyyatı da MKİ əleyhdarına çevrilir - ARAŞDIRMAErgün Diler,

“Takvim”, 31 yanvar 2019-cu il



Pentaqon boş durmur. Bəs ailə, yəni Rotşildlər necə, sadəcə müdafiə olunur? Oyun qurub hücum etmirmi? MKİ-nin dəstəyilə keçirilən əməliyyatları geri püskürtmürmü? Baxaq, görək.

Rotşild ailəsi Almaniya hökumətilə çox önəmli bir anlaşma əldə edib. 1875-ci ildə Baron Albert fon Rotşild tərəfindən, Habsburq xanədanına dəstək məqsədilə böyük miqdarda pul ödənərək alınan ərazi böyük anlaşmaya uyğun olaraq alman “dərin dövlət”inə hədiyyə edilib.

Rəsmi açıqlamalarda ərazinin 3 alman iş adamına verildiyi bildirilsə də, həqiqət başqadır. Alman “dərin dövlət”i üçün 20 “Central Park” böyüklüyündə olan ərazinin strateji baxımdan önəmi çox böyükdür.

Stiv Bennonun Avstriyada atdığı addımları bitirəcək həmlə tam zamanında gəlib. Bu anlaşmaya əsasən verilən ərazi Stiv Bennon cəbhəsində də böyük narahatlığa səbəb olub. 100 milyon dollar dəyər verilən, lakin strateji mövqeyi nəzərə alınarsa, bir neçə milyard dollar dəyəri olan bu ərazi MKİ-nin BND-dən (Konstitusiyanı Müdafiə Təşkilatı) çıxarılmasına səbəb olacaq.

Ərazinin satışının qətiləşməsilə birlikdə, 43 önəmli şəxsin BND ilə əlaqəsinin kəsilməsi, əslində ərazinin satılması qədər, Bennonu əsəbiləşdirib.

Qurulduğu gündən etibarən MKİ tərəfindən idarə edilən Konstitusiyanı Müdafiə Təşkilatı (Federal Office for the Protection of the Constitution) – Almaniyada daxili kəşfiyyata görə məsuliyyət daşıyan qurum, artıq ABŞ əleyhdarı olub.

Bu dəyişiklik bir müddət öncə baş verib. 2018-ci ilin noyabrında təşkilatın sədrliyinə ABŞ əleyhdarı olan Tomas Haldenvanq, sədr müavinliyinə isə onunla eyni mövqedə olan, ABŞ əleyhdarı kimi tanınan Ernst Stehl və türk əsilli Sinan Selen gətirilib.

Rotşild ailəsinin bu tələblərinin yerinə yetirilməsilə birlikdə, Avstriyadakı ərazi də alman “dərin dövlət”inə təslim edilib. Son 3 ayda Almaniyada Vaşinqtona qarşı aparılan əməliyyatlara görə MKİ-nin Lenqlidəki mərkəzində dalbadal toplantılar keçirilib. MKİ Direktoru Cina Haspellə Stiv Bennonun keçirdiyi görüşlərdə də mövzu Almaniya olub.

Stiv Bennon, Sinan Selenə görə narahatdır. Çünki Selenin vəzifəyə gətirilməsi Almaniya-Türkiyə münasibətlərində canlanma olacağını göstərir. Bununla əlaqədar Stiv Bennonun şəxsi düşüncələri də qarışıqdır. Yəni, bu yaxınlaşmanın olmamasının gərəkliliyinə inanmaqdadır. Bunun üçün də addım atacaqlar. Çalışmaları bu yöndədir. Görünür, “Sinan Selen əməliyyatı”na mütləq qarşılıq veriləcək.

Sinan Selen Almaniya-Türkiyə münasibətlərinin çox önəmli olduğunu, birlikdə atılacaq addımların hər iki tərəfi gücləndirəcəyini, eyni zamanda Almaniyanı Avropanın ən güclü ölkəsi edəcəyini müdafiə edənlərdən biridir. Dəniz Yücelin Türkiyədə sərbəst buraxılması üçün də Sinan Selenin çox önəmli təşəbbüslər göstərdiyi bir həqiqətdir. Təbii, arxa planda olduğu üçün o barədə çox yazılmır.

Bennon Türkiyə-Fransa, Türkiyə-Rusiya və Türkiyə-Almaniya yaxınlaşmasının qurduqları bütün planların pozulması, zibilliyə getməsi mənasına gəldiyini bilir.

2018-ci ilin oktyabr ayında Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Anqela Merkel və Emanuel Makronun İstanbulda bir araya gəlməsi, Fransada “sarı jiletlilər”in 2019-cu ildə küçələrə çıxarılma planının önə çəkilməsinə səbəb oldu. Bu 4-lü zirvə görüşündən iki həftə sonra “sarı jiletlilər”in Fransanı qarışdırması Pentaqonun mesajı idi.

Ardınca Trampın “Suriyadan çəkilirik” açıqlaması gəldi. Bu, tam olaraq Pentaqonun tələbi olmasa da, Fransa-Türkiyə əlaqələrini bitirəcək bir həmlə olduğu üçün Bennon onun səssizcə izlənməsinə qərar verdi. Elə də oldu. Makronun YPG-ni qoruyacaqlarını açıqlaması Türkiyə- Fransa əlaqələrini 4-lü zirvə görüşü öncəsi olan duruma – geri çəkdi.

İndi Almaniya ilə Türkiyə arasında təkrarən, ötən il olduğu kimi, gərginlik yaşanması üçün önəmli addımlar atılır. Bu yöndə əlaqələri poza biləcək çox önəmli addımlar atıla bilər. Hazırlıqların olduğu haqqında məlumat sızıb. Böyük sirr də deyil.

Pentaqon, Almaniya-Türkiyə əlaqələrini təkrarən köhnə gərginlik dolu günlərə geri çəkə bilmək üçün hədəf seçdiyi şəxslər üzərində çalışmaqdadır. “Görəsən, kim zərər görərsə, türk-alman yaxınlaşması ortadan qalxar, baltalanar” deyərək, beyin gimnastikası etməkdədirlər. Türkiyəni çətin vəziyyətə salacaq, Almaniyanı sarsıdacaq, mümkünsə, Fransanı da içinə alacaq bir problem yaratmağı düşünürlər.

Yarada bilərlərmi? Mümkündürmü? Görəcəyik.

Pentaqon və MKİ türk-alman-fransız münasibətlərini şəxslər üzərindən pozmaq haqqında düşünərkən, onların ilk istəklərindən biri də Türkiyənin Rusiya ilə də problem yaşamasıdır.

Rusiya-Türkiyə əlaqələrinin pozulması üçün isə Suriya çox önəmlidir. Çünki Rusiya, “Türk axını” layihəsinə görə Türkiyə ilə münasibətlərində gərginlik yaranmasını istəmir. Ancaq eyni zamanda Suriyadakı gücünü Türkiyəyə qapdırmaq da istəmir. Bu üzdən Pentaqon, Türkiyə üzərindən bəzi güclü əlaqələri pozmaq üçün 2019-cu ildə önəmli cəhdlər edəcək. Beyinlərində bu fikir var.

Almaniya da, Fransa da, Rusiya da Türkiyə ilə yaşana biləcək bir gərginlik ehtimalına artıq laqeydcə baxmır. Çünki hər üç ölkənin kəşfiyyat qurumları “dərin Amerika”nın bu məsələdə həssas olduğunu və güclü təxribatlarla gələcəyini bilir.

ABŞ isə, kiminlə savaşırsa savaşsın, günün sonunda Türkiyəni öz yanında görmək istəyir. Amma bunu ortaqlıqla çözmək istəmir. “Mənim verdiyimi qəbul edin” tərzilə iş görmək istəyir. Beləliklə, baltanı daşa vurur. Bu yanaşma ABŞ-ı böyük yalnızlığa sürükləyir.

Bütün bunlar 2019-cu ildə baş verəcək hadisələrin qarşısını ala bilməyəcək. Külək sərt əsəcək…

Tərcümə Strateq.az-ındır

KƏŞFİYYAT QURUMLARI ARASINDA SAVAŞ DƏRİNLƏŞİR:Almaniya kəşfiyyatı da MKİ əleyhdarına çevrilir - ARAŞDIRMA

  • 1-02-2019, 12:39
  • 175


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  3. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şamaxıda yeni kadr dəyişikliyi olub
  10. Şənbə günü üçün hava proqnozu açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI