Xəyanət videolarinın gizlin məqsədi nədir ? - Mehriban Nəsibova

Xəyanət videolarinın gizlin məqsədi nədir ? - Mehriban NəsibovaSon günlər sosial şəbəkələrdə həddindən artıq yayılmış xəyanət videoları, xəyanət xəbərləri ilə qarşılaşdıqda, düzü, öncə fikir vermədim. Düşündüm ki, təsadüfdir, ancaq
sonra qarşıma digər xəyanət videolar çıxdı. Son günlərdə hər kəsin lağ-lağıya çevirdiyi “Abbasın oğlu” videosu və bir də son vaxtlar çox qarşılaşdığımız soyunan qız videoları.
Özlərini model vəya müğənni adlandıran bu qızların soyunma videoları bu gün gənclərin ən çox vaxt keçirdiyi sosial şəbəkələrdə çox yayılıb. Ən dəhşətlisi odur ki, bu videoları bir çox website-lar, Facebook-un və İnstagram-ın izləyici toplamaq istəyən səhifələrinin çoxu paylaşır. Bəs gün-gündən sayı artan xəyanət videoları və soyunan “model” lərin gündəmi zəbt etdiyi videolar nə məqsəd daşıyır ?!
Josef Gebbels (Joseph Goebbels)
demişdi ki: “Mənə vicdansız bir media verin, sizə savadız bir cəmiyyət (xalq) verim".
Mən qətiyyən qeyd etmək istəmirəm ki, Azərbaycanda media nümayəndələrinin hamısı vicdansızdır, əsla! Mediadan tanıdığım sonsuz sayda insanlar var ki, onların biliklərinə heç bir şübhəm yoxdur, hətta deyərdim ki, mən özüm də bir çox milli məsələləri bu insanların bəzilərindən öyrənmişəm, hətta bir çoxları ilə dostluğumuz illərdir davam edir. Yəni məsələ jurnalistika fakültəsini oxumuş, jurnastika sənətinə yiyələnmiş insanlardan getmir; söhbət jurnalistikadan xəbəri olmayan, bu kimi
videoların çox izləyici yığacağını, amma bunların gənclərin tərbiyəsinə təsirini anlamayan, gənclərin düşüncə tərzini məhv edəcəyini dərk etməyən beyninsiz varlıqlardan gedir. Bəlkə də heç beyinsiz də deyillər, düşündünüzmü?!
Bəli, düşünülmüş bir plan. Bu adamlar kimlərinsə düşünülmüş planını həyata keçirirlər. “Azərbaycan gəncini məhv etmək planı”nı adlı planı. Səviyyəsiz xəyanət videolarının bundan artıq məqsədi ola bilməz. Yadımdadır, bir neçə il öncə çox sevdiyim xanım jurnalsit Ülkər Abdullayevanın bir yazısını oxumuşdum. Orda Ülkər xanım xarici ölkərələrin Sovet İttifaqını dağıtmaq üçün hazırladığı plandan yazmışdı. Yazıda deyilirdi ki, Sovet İttifaqını dağıtmaq planına silah, aclıq və xəstəlik daxil deyildi. Bilirdlər ki, sovet insanlını bunlarla yıxmaq olmazdı. Onda belə qərara gəlinir ki, əxlaqsız seriallar harda ki, həyat yoldaşına xəyanət edın qadınlar/kişilər, soyunma və açıq seks və s. olan seriallar çəkilsin və ucuz qiymətə Sovet İttifaqına satılsın. Və beləliklə “Santa Barbara”lar, “Prosta Maria”lar sovetlər ölkəsinə yol açdı və həqiqətən Sovet İttifaqı zamanla dağıldı. İndi görünür sovetləri dağıdan o qüvvələr həmin məsələni ölkəmizdə davam etdirir, amma bunu seriallar yolu ilə deyil, zəmanənin nəbzini tutaraq sosial medialar yolu ilə edirlər və çox təəssüflə qeyd etmək istəyirəm ki, uğurludurlar.
Gənclərin beynini bax beləcə məhv edirlər. Əslində bu videoların yayılmasının arxasında duran gizli məqsəd var: Yəni baxın, Azərbaycan qadınları “xəyanətkardırlar”, həyat yoldaşlarına xəyanət edirlər. Və Azərbaycan kişiləri də “şərəfsizdirlər”, həyat yoldaşlarının xəyanət videolarını cəmiyyətə yayırlar. Bu Azərbaycan ailəsinə olan inamı öldürmək, qadınlarımızı əxlaqsız, kişilərimizi isə qeyrətsiz kimi qələmə vermək.
Bu cür səviyyəsiz videoları, xəbərləri paylaşan səhifələrin arxasında dayanan vicdanlı insanlardan (admin) bir xahişim var: Sizdən xahiş edirəm, səviyyəsiz xəyanət, seks videoları və xəbərlərini paylaşıb Azərbaycanın gələcəyi olan gənclərimizin tərbiyəsini pozmayaq, əksinə, ölkəmizdə və xaricdə təhsil alıb ölkəsinə qayıdıb xalqına xidmət edən, gənc yazar və şairləri, xaricdə və Azərbayncanda yaşayan yaradıcı gənclərimizi, gənc yaşında vətənimizin torpaqlarını düşmənlərimizdən qoruyaraq canların yolumuzda fəda edən gənclərimizi – bir sözlə xalqımızın mərdlik, qəhrəmanlıq səlnaməsini paylaşın. Gəlin nəinki gənclərimizin tərbiyəsini məhv edək, ruhunu məhv edək. Əksinə onlarda ruh yüksəkliyi yaradaq,
onları motavasiya edək, ruhunu yüksəldək.
Hörmətlə Mehriban Nəsibova
Yanvar 2019

Xəyanət videolarinın gizlin məqsədi nədir ? - Mehriban Nəsibova

  • 5-02-2019, 11:47
  • 548


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdaşda 430 çətənə kolu məhv edilib - FOTO
  3. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  4. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  5. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  6. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  7. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  8. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  9. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  10. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI