Şamaxıda baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında bir qrup ictimai fəal də iştirak edib

870 7-02-2019, 12:16 bolge

Şamaxıda baş verən zəlzələnin nəticələrinin  aradan  qaldırılmasında bir qrup ictimai fəal də iştirak edib

Ötən gün baş verən zəlzələ nəticəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. Yerli sakinlər bildirirlər ki, təkanların təkrarlanacağından qorxan bir çox insan gecəni küçədə keçiriblər.

Xeberdar.net-ə daxil olan məlumata görə,Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb. Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.
Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.
Şamaxıda baş verən zəlzələnin nəticələrinin  aradan  qaldırılmasında bir qrup ictimai fəal də iştirak edib
DİN və Fövqəlada Hallar nazırliyinin əmədaşları güçləndirilmiş iş rejminə keçiblər. Zərzələdən dərhal sonra, Azərbaycan Respublikası DİN-i yanında “Polisə Dəstək İB” –nin sədri polkovnik Şəmsəddin Əliyin göstərişi əsasında, “Polisə Dəstək İB” idarə heyyətinin üzvü İsmayil Zalovun rəhbərliyi ilə bir qrup ictimai təşəbbüsçüsü Şamaxı rayonuna gəlmiş və yerlərdə əhalini marrifləndirməyə başlamışdır. Qrup rəhbəri “Polisə Dəstək İB” idarə heyyətinin üzvü hüquq eksperti İsmayil Zalov bildirir ki: “Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verlişi tamam dayandırılıb, buna görədə küçə- küçə gəzərək, əhali arasında qaz sızması və baş verə bilən fəsadlar barədə məlumatlar vermişik.”
Şamaxıda baş verən zəlzələnin nəticələrinin  aradan  qaldırılmasında bir qrup ictimai fəal də iştirak edib


Zəlzələ zamanı xəsarət alan 6 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlarda əsasən qol və ayaqlardan sınıq diaqnozudur.
Bundan başqa, rayon mərkəzindəki mağazalarda rəflər aşıb, obyektlərə ciddi ziyan dəyib.
Dağıntılarla əlaqədar I vitse president Mehriban xanım Əliyevanın göstərişi ilə yaradılan fövqəladə komissiyanın və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri dağıntılar və fəsadlar olan yerlərə baxış keçiriblər.

Xeberdar.net

XƏBƏR LENTİ