Gənclərin əksəriyyəti Rusiyadan getmək istəyir –Kreml sorğu mərkəzinin üzə çıxardığı rəqəmləri şübhə altına alır

559 8-02-2019, 11:27 dunya

Gənclərin əksəriyyəti Rusiyadan getmək istəyir –Kreml sorğu mərkəzinin üzə çıxardığı rəqəmləri şübhə altına alırSosioloqlar rusiyalı gənclərin mühacirət həvəsinin getdikcə artdığını bildirir. “The Moscow Times” qəzetində Pavel Aptekar bunun Kremli ciddi narahat etməli olduğunu yazır. Axı, bu mühacirət epidemiyası indiki texnoloji inkişaf əsrində ölkənin iqtisadi artım potensialını ciddi şübhə altına alır.

Bazar ertəsi “Levada” sorğu mərkəzi yeni rəy sorğusunun nəticələrini açıqlayıb. Rusiyalıların 82 faizinin həmişəlik xaricə köçmək istəmədiyi üzə çıxıb. Amma xaricdə yaşamaq istəyən gənclərin sayı 41 faizdir və bu göstərici artmaqdadır. 2017-ci ilin mayında 18-24 yaşlıların 32 faizi xaricdə yaşamaq arzusunu dilə gətirmişdi.

Amma Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov bu rəqəmləri narahatlıq mənbəyi kimi görmür. O iddia edib ki, mühacirət etmək istəyən gənclərin sayı yüksək deyil və hər şey nisbidir, yəni, onun fikrincə, suala cavablar da rahat səsləndiyi üçün verilib, ciddi mövqeyi əks etdirmir.

“Əlbəttə, xaricə köçmək arzusu heç də həmişə həyata keçmir. Ancaq elə gənclərin getməyə hazır olması faktı həyəcan təbili çalmalıdır. Hər halda, onlar əhalinin ən fəal və innovativ üzvləridir, Rusiyanın iqtisadi inkişafına yaranacaq risklərin altına girməyə daha meyllidirlər”, – müəllif yazır.

Rusiya Federal Dövlət Statistika Xidmətinin mövqeyinə görə, mühacirətin miqyası elə də qorxulu deyil. Di gəl, rəqəmlər başqa şey deyir. 2011-ci ildə ölkəni 14 mindən çox rusiyalı həmişəlik tərk etmişdisə, 2018-ci ilin yanvar-noyabr aylarında bu rəqəm 51 mindən çox olub. (azadliq.org)

XƏBƏR LENTİ