İqtidarın sosial şəbəkə fobyasının səbəbi nədir?

İqtidarın sosial şəbəkə fobyasının səbəbi nədir?

“Xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür”.

Bu cümlələr YAP Siyasi Şurasının üzvü, deputat Musa Uruda məxsusdur. Təsadüfi deyil ki, son zamanlar sosial şəbəkə “təhlükəsi” haqda mövcud iqtidar nümayəndələrinin açıqlamaları ilə tez-tez qarşılaşmaqdayıq. Virtual fəzadakı tənqidlərin( mən hər zaman təhqirin əleyhinəyəm və düşünürəm ki, radikal müstəvi daha çox hakimiyyətin işinə yarayır) təhlükə həddində dəyərləndirilməsi isə yaddaşımda 2004-cü ilin fevralında İran Televiziyasında yaşadığım bir olayı canlandırdı. Həmin gün prezident İlham Əliyev də Tehranda rəsmi səfərdə idi. Mənə redaktə etmək və oxumaq üçün Qafqaz üzrə ekspert sayılan Əhməd Kazıminin yazdığı bir mətn verdilər. Mətndə İran - Azərbaycan münasibətlərinə toxunulur, Azərbaycanın Avropaya inteqrasiyası sərt tənqid edilir, hər gün Azərbaycandan İran ərazisinə yüzlərlə müsafirin keçməsinə işarə edilərək SOS siqnalı verilirdi ki, Azərbaycanın Avropaya "üz tutması" nəticəsində ölkədə QİÇS vurusuna yoluxanların sayı artıb və bu virusun İrana daxil olması ölkənin təhlükəsizliyi üçün xətərlidir. Mətni oxuduqdan sonra əsəbləşərək geri qaytardım və müəllifi kəskin şəkildə tənqid edərək Azərbaycanda rəsmi statistikaya görə 650 nəfər civarında, İranda isə 30 mindən artıq bu virus daşıyıcısı olduğunu bildirib qəti etirazımı bildirdim. Az keçmədi ki, müvafiq baş idarənin rəisinin yanına çağrıldım və məni işi sabotaj etməkdə suçladılar. Uzun sözün qısası, o zaman mənim bu cavabımla hər kəs öz yerində oturdu və mövzu bağlandı:” Gerçəkdən İranın təhlükəsizliyi bu qədər kövrəkdir ki, bu ölkəyə ziyarətə, müalicəyə gələn müsəlman bacı qardaşlarının gəlişiylə xətərə düşsün? Bu yanaşma İslam Respublikası olaraq sizin adınıza gerçəkdən ayıbdır"

İndi sosial şəbəkələrin varlığını təhlükə kimi xarakterizə edən hörmətli deputatın yanaşmasından da belə nəticə çıxarmaq olar - hakimiyyətin durumu o qədər kövrək hala düşüb ki, sosial şəbəkələrdən xof yaşayır və virtual aləmdəki etirazları özü üçün təhlükə hesab edir. Şəxsən mən son günlər sosial şəbəkələrə qarşı iqtidar nümayəndələrinin mövqe sərgiləməsində başqa səbəb görmürəm.

Rüfət Muradlı

İqtidarın sosial şəbəkə fobyasının səbəbi nədir?

  • 13-02-2019, 15:07
  • 169


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”
  2. Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv
  3. Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq-aprelin 1-dən
  4. Nazir müavini işdən çıxarıldı – Sərəncam
  5. “OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar
  6. Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
  7. Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi
  8. Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib- Ukraynada
  9. Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı
  10. “Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib” – Penitensiar xidmət
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI