“Əli İnsanov əfv oluna bilər” –Hüquq müdafiəçisi keçmiş nazirin azadlığa çıxacağına inanır

“Əli İnsanov əfv oluna bilər” –Hüquq müdafiəçisi keçmiş nazirin azadlığa çıxacağına inanır“Bizim Avropa İttifaqı və Şurasının nümayəndələri ilə görüşlərimiz olur. Görüşlərdə Azərbaycanda atılan addımları müsbət dəyərləndirirlər. Siyasi məhbusların içərisində Əli İnsanov da var. Biz siyasi məhbus problemini tam aradan qaldırsaq, müsbətə doğru çox şeylərə nail ola bilərik. Əli İnsanovun azadlığa çıxmasını çox istəyirəm. O, Heydər Əliyevin ən yaxın dostlarından olub. Heydər Əliyevin yanında çox böyük xidmətləri olub. Əli İnsanov daxil, bütün siyasilər azad edilsə, hamının yanında başı uca gəzərik, sözümü tam şəkildə deyə bilərik. Aparılan islahatlarla bərabər bütün siyasi məhbuslar da azad olunsa, əmin olun ki, hər kəs Azərbaycana həsəd aparacaq. Əli İnsanov yaşlı adamdır. 14 il həbsdə olduğu müddət ərzində bir dəfə də onun nəyəsə irad tutduğunun şahidi olmamışıq. Bu insanın akademik olmağı, həbsxanada özünü ləyaqətlə aparmağı azad olunmasına əsas verir. Çox ümid edirik ki, sabiq nazir bu dəfə azad olunacaq”.
Strateq.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O sabiq nazirin əfv ərizəsi yazmamasının hansı nəticələr verə biləcəyinə də toxundu: “Biz bütün siyasilərin adından əfv üçün məktub yazırıq. Prezidentdən xahiş edirik ki, filankəslər azad olunsun. Bu baxımdan Əli İnsanov əfv yazmasa belə, onun adından onsuz da əfv müraciətləri edilib. Hesab edirəm ki, yaşına, işinə baxılıb, Əli İnsanov əfv oluna bilər”.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprel ayında məhkəmə sabiq nazirin əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunması haqda hökm çıxarıb. Məhkəməsində Ə.İnsanov irəli sürülən ittihamlarla razılaşmadığını, onların heç birini qəbul etmədiyini bəyan edib. 2013-cü ilin martında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun işi üzrə qərarı açıqlayıb. Məhkəmə İnsanovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) hüquqlarının pozulduğunu təsdiq edib və ona 10 min avro təzminat ödənilməsi barədə qərar çıxarıb. Lakin Avropa Məhkəməsinin qərarı keçmiş nazirin azad edilməsi üçün yetərli olmayıb.
Belə ki, 2016-cı il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu Ə.İnsanova Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə yeni ittiham elan edilib. Həmin gün sabiq nazir təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
2017-ci il aprelin 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində bu ittihamlar üzrə proses yekunlaşıb. Əli İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, 2005-ci ildə həbsə alınmış sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Ə.İnsanov ittihamları qəbul etmir, bunu siyasi sifariş sayır. O, tibb elmləri doktorudur, 1993-2005-ci illərdə səhiyyə naziri postunu tutub.

“Əli İnsanov əfv oluna bilər” –Hüquq müdafiəçisi keçmiş nazirin azadlığa çıxacağına inanır

  • 20-02-2019, 11:28
  • 135


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI