İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLAR

İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLAR Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Saray qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib

Qəsəbə və kəndlərdə yaşayan sakinlərlə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Rayon rəhbəri ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb.
Abşeron RİH başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov, Saray bələdiyyəsinin sədri Natiq Tahirov hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.
Daha sonra qəsəbə sakinləri səyyar görüşlərin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Ötən görüşlərdən sonra qəsəbədə böyük genişmiqyaslı abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu bildiriblər. Sakinlər yeni salınan yaşayış massivlərində yol infrasrukturunun yaxşılaşdırılmasında, yeni məktəb və bağçaların inşa olunmasında, telefon xəttlərinin çəkilməsində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib./Xeberfakt.az


İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLAR
İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLAR
İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLARİradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLAR
İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLAR
İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLAR

İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi - FOTOLAR

  • 21-02-2019, 23:40
  • 287


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  3. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  4. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  5. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  6. Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video
  7. Deputat: “Karantin rejimində toylar keçirilsin”
  8. Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı
  9. Millət vəkili problemi həll etdi - FOTO
  10. Sabiq Nazirin topdağıtmaz biznesi - SİYAHI
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI