Tahir Məmmədov Şamaxıda Qasım Qasımovu küncə sıxışdırıb

Tahir Məmmədov Şamaxıda Qasım Qasımovu küncə sıxışdırıbŞamaxıda ötən illərin de-fakto icra başçısı funksiyasını yerinə yetirən RİHB-nin I müavini Qasım Qasımov Tahir Məmmədovun təyinatından sonra mütəmadi ofsayt vəziyyətindədir. Xatırladaq ki, illər uzunu bu rayonda tək söz sahibi olan Qasımovu artıq komandası da tərk etməkdədir. Özünə yaxın olan, ən başlıcası isə onu dinləmək məcburiyyətində qalan şəxslərdən komanda formalaşdıran I müavin bir zamanalar fəth etdiyi zirvənin artıq yamacındadır. Rayondakı mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, RİH-nin başçısı Tahir Məmmədov bir neçə gün öncə Qasım Qasımovun qohumu və rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevin işdən azad olunması ilə bağlı ərizəsini alıb. Vəzifəsindən de-yuri hələ də azad olunmayan Eminalıyev faktiki pat vəziyyətindədir. Onu da xatırladaq ki, E.Eminalıyevin Şamaxı təhsilinə rəhbərliyi dönəmində rayon məktəblərində ölkəni belə silkələyən bir neçə hadisələr baş vermişdi. Məsələnin ən qəribə tərəfi isə rayon Təhsil şöbəsi bütün hadisələr konteksində yalnız susmağa üstünlük vermişdi.
Mənbə əlavə olaraq onu da qeyd etdi ki, Qasım Qasımov hal-hazırda bütün işlərdən kənarda saxlanılır. Hətta bir müddət əvvələ qədər tapşırıqlarına qüsursuz əməl edən müəssisə rəhbərləri belə Qasımovu dinləmirlər. Lakin köhnə komsomol işçisi olan I müavində az aşın duzu deyil. Belə ki, bir zamanlar əlini öpüb beyət edən müəssisə rəhbərlərinin saymamazlıqlarına cavab olaraq onlardan İcra hakimiyyətinə şikayət məktubları təşkil etdirir. Və beləliklə də asiləri təkrar beyətə məcbur etməyə cəhd edir. Lakin məlumatı verən bildirdi ki, Qasımovun qatarı artıq hərəkətdədir. Tahir Məmmədovun təyinatından sonra artıq hər hansı məsələdə Qasımovun adının hallanması qadağan edilib. Hətta bir müddət öncə Şamaxıda baş verən zəlzələnin nəticəsinin aradan qaldırılması işlərində məlumat rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımovun deyil, onun müavini Rüstəm müəllimin adından gedir. Lakin Qazan xanın dəmir qapı Dərbənddə on min baş qoyunu qalan kimi, Qasım Qasımovun qalalarından olan Şamaxı rayon mərkəzi xəstəxanasıda hələ də I müavinin müəyyən etdiyi xətlə hərəkətdədir. Mənbənin bildirdiyinə görə tibbi personalı əsasən qocalardan ibarət olan xəstəxanada “şirinliksiz” demək olar ki, heç nə həll olunmur. Məsələnin ən qəribə tərəfi isə həmin “şirinligin” kimin üçünsə toplandığı iddia edilir. MRX-də məsələ bununla da bitmir. Məlumatı verən mənbə onu da qeyd etdi ki, rayonda yaşayan diabet xəstələrinə dövlət tərəfindən verilən dərmanlar bir neçə aydan bir verilir. O da tam olaraq yox.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

Tahir Məmmədov Şamaxıda Qasım Qasımovu küncə sıxışdırıb

  • 26-02-2019, 09:48
  • 115


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”
  2. Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv
  3. Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq-aprelin 1-dən
  4. Nazir müavini işdən çıxarıldı – Sərəncam
  5. “OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar
  6. Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
  7. Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi
  8. Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib- Ukraynada
  9. Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı
  10. “Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib” – Penitensiar xidmət
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI