İstirahət mərkəzində meyit tapılıb

676 4-03-2019, 10:30 hadise

İstirahət mərkəzində meyit tapılıbSumqayıt şəhərində istirahət mərkəzində meyit tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə dəniz kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzində baş verib.

Belə ki, Abşeron rayonunun Masazır kənd sakini, 1969-cu il təvəllüdlü Əfqan Daşdəmir oğlu Rəhimovun istirahət mərkəzində meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Müayinə zamanı Ə.Rəhimovun ürək tutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır

XƏBƏR LENTİ