BMT baş katibinin sözçüsü bəyanat yayıb- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı

684 30-03-2019, 12:03 cemiyyet

BMT baş katibinin sözçüsü bəyanat yayıb- Dağlıq Qarabağ münaqişəsi ilə bağlıBMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutan ilk görüşü alqışlayır.

ONA-nın məlumatına görə, Baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparılması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayır. O, həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayır.

Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərini vacib vasitəçilik rolunu yüksək qiymətləndirir və onların davamlı səylərinə BMT-nin tam dəstəyini yenidən bəyan edir.

XƏBƏR LENTİ