Uinston Çörçill və İqbal Ağazadə

1 269 31-03-2019, 21:41 cemiyyet

Uinston Çörçill və İqbal Ağazadə

“Biz öz adamızı nəyin bahasına olursa olsun qoruyacağıq. Biz sahil boyu, aerodromlarda, meydanlarda, küçələrdə, dağlarda döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq”.

Xeberdar.net məlumat verir ki, Uinston Çörçillin vaxtı ilə dediyi bu sözlərini təhsil eksperti Etibar Əliyev özünün feysbuk səhifəsində Ümid Partiyasının sədri İqbal Ağazadənin Qarabağla bağlı dünənki bəyanatından sonra yazıb.
E.Əliyev həmçinin Partiya sədrinin bəyanatından sitat gətirərək müqayisə aparıb:
“Qarabağ uğurunda son ana qədər, son adamına qədər hamımız kəfən geyinib, canlı bomba olub döyüşəcəyik, amma o torpaqları verməyəcəyik!”
Uinston Çörçill və İqbal Ağazadə
Ekspert yazır: “Hər iki siyasətçiyə böyük hörmətim var...
Çörçill İqbal Ağazadədən fərqli olaraq 60 il Parlament üzvü olub.”

Qeyd edək ki, dünən (30.03.19) partiyaların Qarabağa həsr olunmuş müzakirəsi zamanı Ümid Partiyasının sədri İqbal Ağazadə Qarabağla bağlı bəyanat verib. Bəyanatda qeyd olunur:
“Kimsə hansısa müqavilələlərə imza atıb, cəmiyyəti əzib referendum keçirəcəyəm deyib də ağlının ucundan bu cür absurd fikirlər keçirməsin. Bizim üçün Qarabağsız, Şuşasız, Laçınsız, Xankəndisiz Azərbaycan yoxdur. Qarabağ uğurunda son ana qədər, son adamına qədər hamımız kəfən geyinib, canlı bomba olub döyüşəcəyik, amma o torpaqları verməyəcəyik!

Xeberdar.net həmin bəyanatın videosunu bir daha oxuculara təqdim edir:


Uinston Çörçill və İqbal Ağazadə

XƏBƏR LENTİ