I Bütöv Azərbaycan Forumu keçiriləcək

1 562 11-04-2019, 09:00 cemiyyet

I Bütöv Azərbaycan Forumu keçiriləcək13 aprel 2019-cu il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə I Bütöv Azərbaycan Forumu keçiriləcək.

BAO İnformasiya Xidməti Xeberdar.net-ə daxil olan məlumata görə, forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyü məsələsini gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr.

Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatların nümayəndələri, Borçalıdan, Kərkükdən, Dərbənddən, Şimal-Qərbi Azərbaycandan olan fəallar, digər ictimai-siyasi təşkilatların nümayəndələri, ziyalılar, gənclər və b. iştirak edəcəklər.

Bu Forum Sizlərin-Bizlərin Forumudur, ona görə də hər birimiz dəvətliyik.

Tədbir saat 12:00-da başlayacaq.

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məh., bina 23, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) Dəyirmi zalı (6-cı mərtəbə).

Xeberdar.net

XƏBƏR LENTİ