48 yaşlı qadın intihar edib

688 15-04-2019, 09:50 hadise

48 yaşlı qadın intihar edibZaqatalada 48 yaşlı qadın intihar edib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Məlahət Feyzullah qızı Şabanovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qaz borusundan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 48 yaşlı M. Şabanovanın intihar səbəbi hələlik bilinmir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ