NORT-DAMDA MÜSƏLMAN MEMARLIĞININ İZLƏRİ:avropalıların unutduğu tarixi həqiqətlər

641 18-04-2019, 10:32 dunya

NORT-DAMDA MÜSƏLMAN MEMARLIĞININ İZLƏRİ:avropalıların unutduğu tarixi həqiqətlərDiana Dark

“Middle East Eye”, 17.04.2019


Bazar ertəsi günü Notr-Dam kilsəsi gözümüz önündə yandı, amma çox az adam bilir ki, Paris kafedralının orijinal arxitektura dizaynı, əkiz şpilləri (qüllələri), güllü şüşələri və s. mənşəyinə görə Yaxın Şərqdəki sələflərinə borcludur.

Kilsəni Avropa irsimizin və eyniyyətimizin rəmzi olaraq göylərə yüksəldərək, dünyanın dörd bir yanından ianələr axmağa başladı. Fransa prezidenti Emmanuel Makron millətə müraciət edərək, “Hamımız yandırıq”, – dedi.

“Badamın qəlbi”

Əkiz qüllənin dizaynı ilə başlayaq.

Ona ən erkən nümunə Suriyanı şimal-qərbində, İdlib əyalətində, 5-ci əsrin ortalarına aid kilsədir.

Bu kilsəyə ərəbcə “Qəlb Lozə” (“Badamın qəlbi”) adı verilib və Suriya kilsə memarlığının ən yaxşı saxlanılan nümunələrindəndir – Roma dövrünə məxsus möhtəşəm şəkildə proporsional bazilika.
NORT-DAMDA MÜSƏLMAN MEMARLIĞININ İZLƏRİ:avropalıların unutduğu tarixi həqiqətlər
“Badamın qəlbi”

Kilsə 2011-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. “Ölü şəhərlər” kimi də tanınan, 4-6-cı əsrlərdən etibarən 2000-dən çox kilsəsi olan, daşdan inşa edilmiş təxminən 800 Bizans yaşayış məntəqələrindən biridir.

Müharibədən əvvəl Suriya Mədəniyyət Nazirliyi onlara “Unudulmuş şəhərlər” adı vermişdi.

Kilsə içəridə üç əsas hissəyə bölünüb: mərkəzi nəf, hər yerdə Üç Üqnumun əksi – hər üç tərəfdə üç keçid, nəfin üç tərəfi, üç fasad pəncərəsi, üç apsis pəncərəsi və üç tağ keçid.

Nəfin əvvəllər taxta damı olub, lakin yarımoval apsis üzərindəki qübbə hələ də qalır.

Qotik tağ

Frak səlibçiləri (qotlar) bu dizaynı XII əsrdə gördükdən sonra onları Avropaya “köçürüblər”.

Hazırda Notr-Damda və Avropanın bütün böyük kafedrallarında gördüyümüz, itiucluqlu qotik tağ adlandırdığımız ilk dəfə Qahirədəki İbn Tulun məscidində görülən və Siciliyaya Amalfi tacirlərinin gətirdiyi memarlıq dizaynıdır.

Bu, həndəsə və statik qanunlar sahəsində qabaqcıl bilikləri ilə, müsəlmanların (Şamın Əməvi məscidi, daha sonra Kordoba Cümə məscidində) yaratdığı və sonradan “Məğrib tağı” adı almış yenilikdir.
NORT-DAMDA MÜSƏLMAN MEMARLIĞININ İZLƏRİ:avropalıların unutduğu tarixi həqiqətlər
İbn Tulun məscidi


Avropada onun ilk istifadəsi 1071-ci ildə Amalfi tacirləri tərəfindən maliyyələşdirilən Monte Kassino Abbatlığıdır. Daha sonra şimalda, Kluni Abbatlığında bu tağlardan istifadə olunub.

Müsəlman dizaynları

Bu dəb tezliklə Avropanın ən nüfuzlu kilsələrindən ikisinə yayılıb, çünki qotik tağ romalılar və normanlar tərəfindən istifadə edilən yumru tağdan daha güclü idi. Beləliklə, Avropada daha böyük, daha uzun, daha geniş kompleks kafedrallar tikilməyə başladı.

Notr-Damda da müsəlman dizaynlarından əxz olunmalar var. VIII əsrdə İraqda tikilmiş Abbasi Sarayı, 8-ci əsrə aid Üməyyə Sarayının rəngli pəncərələri, şpili buna sübutdur.

İlk bilinən şpil 8-ci əsrin əvvəllərində inşa edilmiş Şamın Üməyyə məscidindədir.

İngiltərədə ilk dəfə 1221-ci ildə Sent-Pol Kafedralının üstündə şpil qurulub. O, 1666-cı ildə Londondakı Böyük yanğın zamanı məhv olub və 1710-cu ildə müsəlman memarlığının açıq-aşkar pərəstişkarı olan Kristofer Ren tərəfindən yenidən qurulub.

Ren Məğrib və Osmanlı məscidlərindən təsirlənib.

O deyirdi: “Qotlar dağıdıcı olub, onlar qotik üslubun yaradıcısı ola bilməzdi, məncə, bu üsluba sarasin (ərəb-müsəlman) üslubu adı verilməlidir”.

Tərcümə: Strateq.az

XƏBƏR LENTİ