Gürcüstan Prezidentinə impiçment tələbi ilə aksiyalara başlanılıb

Gürcüstan Prezidentinə impiçment tələbi ilə aksiyalara başlanılıbGürcüstan parlamentinin binasında “Rusiya işğalçıdır” vətəndaş hərəkatının üzvləri Prezident Salome Zurabişviliyə qarşı impiçment tələbi ilə aksiya keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya “Prezidentə qırmızı kart” şüarı altında baş tutub.

İştirakçılar bildiriblər ki, S.Zurabişvilinin son bəyanatı ölkənin imicinə ciddi zərbə vurub.

“Rusiya işğalçıdır” vətəndaş hərəkatı eyni tələb və şüarla mayın 4-də Tbilisidə prezidentin Atoneli küçəsində yerləşən iqamətgahının qarşısında da aksiya keçirəcəklər.

Təşkilatçıların bildirdiyinə görə, S.Zurabişvilinin son bəyanatı dövlət əleyhinədir və Rusiyanın işğalçılıq siyasəti ilə üst-üstə düşür.

Qeyd edək ki, ötən gün S.Zurabişvili “Amerikanın səsi”nin gürcü dilli redaksiyasına müsahibəsində ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsinin məqsədəuyğun olmadığını bildirib.


Gürcüstan Prezidentinə impiçment tələbi ilə aksiyalara başlanılıb

  • 2-05-2019, 14:48
  • 401


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI