Polisin “tabe ol” əmrinə atəşlə cavab verən şəxs saxlanıldı –DİN-dən açıqlama

Polisin “tabe ol” əmrinə atəşlə cavab verən şəxs saxlanıldı –DİN-dən açıqlamaMayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

DİN Mətbuat Xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılmış, sonuncu tüfəngi ataraq qaçıb.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xeberdar.net

Polisin “tabe ol” əmrinə atəşlə cavab verən şəxs saxlanıldı –DİN-dən açıqlama

  • 6-05-2019, 12:56
  • 170


Oxşar mövzular
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI