Sabah havanın temperaturu 29 dərəcəyədək artacaq

Sabah havanın temperaturu 29 dərəcəyədək artacaqEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 07-08-də Abşeron yarımadasında əsasən komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabah havanın temperaturu 29 dərəcəyədək artacaq

  • 6-05-2019, 13:38
  • 290


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  3. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
  4. "Kommersant" Ermənistana "İsgəndər M" raketinin nə vaxt verildiyi haqda yazıb
  5. Azərbaycanda küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb
  6. Bakıda hosteldə qalan "tik-tok" fenomenlərinin ölümü ilə bağlı - TƏFƏRRÜAT
  7. “Texniki baxış rüsumundan 5 dəfə artıq pul alınır...”- Qarabağ əlili Yevlaxın “texosmotr rəisi”ndən şikayətçidir
  8. MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ VƏTƏN MUHARİBƏSİNDƏ ARXA CƏBHƏDƏ xidmət göstərən şəxslər və fəal gənclərlə görüşüb - FOTOLAR
  9. Sabaha gözlənilən hava proqnozu açıqlanıb
  10. TƏBİB RƏHBƏRLİYİNDƏ GECƏ HƏBSLƏRİ! - Korrupsiya İdarəsi baş həkimləri saxladı (Yeniləndi)
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI