ABŞ-da azərbaycanlı öz evində güllələnib – FOTO

ABŞ-da azərbaycanlı öz evində güllələnib – FOTOABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib.

Bu barədə “Report” ABŞ KİV-inə istinadən xəbər verir.

Polisdən verilən məlumata görə, hücum dünən gecə, təxminən, saat 22:00 radələrində törədilib. Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə yarasından bir neçə saat sonra xəstəxanada keçinib. Onun iki uşağı var idi. Evə basqın və törədilən cinayət zamanı uşaqlar evdə, yan otaqda olublar.

Yerli polis rəhbəri N.Salamovun qəsdən öldürüldüyünü düşünür.

Qeyd olunur ki, öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib, tanışları isə onun haqqında müsbət fikirlər söyləyiblər.

ABŞ-da azərbaycanlı öz evində güllələnib – FOTO

ABŞ-da azərbaycanlı öz evində güllələnib – FOTO

  • 8-05-2019, 10:32
  • 267


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  3. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
  4. "Kommersant" Ermənistana "İsgəndər M" raketinin nə vaxt verildiyi haqda yazıb
  5. Azərbaycanda küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb
  6. Bakıda hosteldə qalan "tik-tok" fenomenlərinin ölümü ilə bağlı - TƏFƏRRÜAT
  7. “Texniki baxış rüsumundan 5 dəfə artıq pul alınır...”- Qarabağ əlili Yevlaxın “texosmotr rəisi”ndən şikayətçidir
  8. MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ VƏTƏN MUHARİBƏSİNDƏ ARXA CƏBHƏDƏ xidmət göstərən şəxslər və fəal gənclərlə görüşüb - FOTOLAR
  9. Sabaha gözlənilən hava proqnozu açıqlanıb
  10. TƏBİB RƏHBƏRLİYİNDƏ GECƏ HƏBSLƏRİ! - Korrupsiya İdarəsi baş həkimləri saxladı (Yeniləndi)
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI