Məhkəmə Rüfət Axundov və Rəşad İlyasova qarşı şikayəti rədd etdi

Məhkəmə Rüfət Axundov və Rəşad İlyasova qarşı şikayəti rədd etdiBu gün Yasamal Rayon Məhkəməsində “Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki müğənniyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız hesab edilib və məhkəmə icraatına qəbul olunmayıb.

Qeyd edək ki, aprelin 5-də “Space TV”-də “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ tərəfindən televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Yasamal Rayon Məhkəməsi isə “Space” televiziyasını 6 min manat məbləğində cərimələyib.

Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasını tələb edib.

Məhkəmə Rüfət Axundov və Rəşad İlyasova qarşı şikayəti rədd etdi

  • 8-05-2019, 16:17
  • 59


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Cəmil Məmmədli: "Bir neçə həyat artıq real təhlükə qarşısındadır"
  2. Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın müəmmalı qətli
  3. Ali Məclisin aparat rəhbəri vəzifədən çıxarıldı
  4. “KEŞİKÇİ DAĞI BİZDƏN ALACAQLARSA…” – Deputatdan sərt açıqlama
  5. “SAVAŞLAR DÖNƏMİ BİTİB, HEÇ BİR İRAN-AMERİKA HƏRBİ QARŞIDURMASI OLMAYACAQ” –Türkiyə icmalçısı İran üçün təhlükənin sovuşduğunu deyir – Təhlil
  6. "Daha bacarmıram" -70 yaşlı Qusar sakini Mehriban Əliyevaya müraciət etdi+VİDEO
  7. Avropa Şurası Rusiyanın səsvermə hüququnu bərpa edib
  8. DEPUTALAR ƏSİB-COŞDULAR, ANCAQ… - Prezidentin siyasətinə zidd saydıqları layihəni qəbul etdilər
  9. ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…
  10. "Onun bu addımı minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi işdi, amma..."
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI