Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.

833 9-05-2019, 11:42 dunya

Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.04 may 2019-cu il tarixdə, Şimali Osetiya – Alaniya Respublikasında 2-ci Dünya Müharibəsi zamanı, 1943-cü ildə faşist bombası nəticəsində dağıntıya məruz qalmış Məscidin Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə təmirdən sonra açılışı, 1915-17-ci illərdə Şimali Osetiyada, Buturin küçəsi 5 ünvanında yerləşən evdə iki il yaşayaraq, “Arşın mal alan” operettasını rus dilinə tərcümə etmiş və bir çox teatrlarda səhnələşməsinə nail olmuş, Üzeyir Hacıbəyovun barelyefinin açılışı, Ulu öndərimizin doğum günü ilə əlaqədar xüsusi konsert proqramının təşkil edilməsi və s. tədbirlərin keçirilmişdir. Açılış tədbirlərində iştirak edən nümayəndə heyətinin tərkibində elm xadimləri və incəsənət nümayəndələri də vardır.
Tədbirlər başlamazdan öncə yaranmış boşluqdan istifadə edərək, açılış obyektlərinin təmirində və istifadəyə verilməsində həm mənəvi, həm də maddi köməklik göstərmiş Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqredsi”-nin fəxri ptrezidenti Şahin Məmmədova bu günki tədbirlər və Konqresin gördüyü işlər barədə qısa məlumat verməsini xahiş etdik:
18 sentyabr 1885-ci il tarixdə Ağcabədidə anadan olmuş, Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyovun 1915-17-ci illərdə Şimali Osetiyada, Buturin küçəsi 5 ünvanında yaşayıb yaratmış olduğu evin divarına vurulmuş baralyefin açılışı olacaqdır.
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.
Bundan başqa 1943-cü il tarixdə faşist bombasına tuş gələrək yararsız hala düşmüş, 1908-ci il tarixdə Murtuza Muxtarov tərəfindən tikilmiş “Cümə Məscidin” –nin yerli əhalinin və Azərbaycan Hökumətinin maliyyə, Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”-nin həm maliyyə, həm də mənəvi dəstəyi sayəsində təmir olunaraq istifadəyə verilmiş Məscid barəsibdə dolğun məlumatalrı özündə əks etdirən, məscidin üzərinə vurulmuş lövhənin açlışı olacaqdır.

Şimali Osetiya – Alaniya Respublikasının Elxotovo kəndində təmirdən yeni çıxmış Məscidin tarixi barədə əməkdaşımız Eıçin Şükürün sualını Vladiqafqazın Muftisi Hacı Murad Qatsalov belə cavablandırmışdır: Məscidin tarixi barədə məlumat verməmişdən öncə onu diqqətinizə çatdırım ki, Elxotovo kəndi Şimali Osetiyanın qəhrəman kəndlərindən biridir. 2-ci Dünya Müharibəsi zamanı faşist Almaniyası bu kəndin əhalisinin iradəsini qırıb daha da dərinliklərə girə bilmədi.
Məscidin tarixi və kim tərəfindən tikilməsi ilə bağlı onu deyə bilərəm ki, 1973-cü ildə məsciddə təmir bərpa işləri aparılarkən məscidin tarixi və digər məlumatları özündə daşıya lövhə ehtiyatsızlıqdan düşüb qırılmışdır. Həmin tikilmə tarixi təxminən 1200-cü illərə gedib çatır. Türk memarlığı izlərinin məscidin əsas fonunda hiss edilməsidir.
Şimali Osetiya tarixinə nəzər saldıqda İslamın bu ölkədə yayılması çox qədim tarixə söykənir. Tarixi mənbələrdən göründüyü kimi burada insanlar dininə görə təqib olunmayıb. Bir çox dövlətlərdə olduğu kimi istər qədim zamanlarda, istərsə də müasir dövrümüzdə dinlərarası müharibələr olmamışdır. Əcdadlarımızın gördüyü işlər sayəsində Şimali Qafqaz xalqları mehriban qonşuluq əlaqələri çərçivəsində yaşamağa nail olmuşdur.
Elçin Şükürün, - Hörmətli Hacı Murat Qatsalov, açılış mərasimi Ramazan ayının gəlişinə təsadüf etdi. Bu münasibətlə müsəlmanlara arzularınız – sualını Mufti sevinc hissi ilə cavablandırdı:
Bəli qarşıdan 11 ayın sultanı Ramazan ayı gəlir. Bu ayda görülən əməlləri və edilən ibadətləri Allah-təala özü mükafatlandıracaq. Allah hər kəsə oruc tutmağı nəsib etsin.
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.







İkinci Dünya Müharibəsi illərində Şimali Osetiyanın Rassvet kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş azərbaycanlıların kütləvi şəkildə basdırıldığı bir sahə aşkar olunmuşdu. Ümumiyyətlə Şimali Osetiya uğrunda gedən döyüşlərdə 800 nəfərdən çox azərbaycanlı qəhrəmancasına həlak olmuşdur. Onların xatirəsini əbədiləşdirmək üçün Rassvet kəndi ərazisində aşkar olunmuş məzarlıq abadlaşdırılaraq, həmin yerdə abidə ucaldılmışdır. Söhbətinə davam edən Şahin Məmmədov bildirir ki, “Hamımızın bildiyi kimi Azərbaycan tarixinə “Gül Bayramı” kimi daxil olmuş 10 may tarixi Ulu öndərimiz Heydər Əliyevin Doğum günüdür, 04.05.2019-cu il tarixdə, yəni bu gün “xalqlar Dostluğu” adı altında, Göygöl Dövlət Mahnı və Rəqs ansamblının və digər incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı keçiriləcəkdir.

B.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatr binasında Ulu öndərimiz Heydər Əliyevin doğum günü ilə qədər konsert proqramının açılış iclasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elimləri doktoru, professor Qurbanov Fazil Səməd oğlu Ümummilli liderimiz Heydər Əliyevin Diasporalara olan münasibətləri haqqında qısa məlumat verdi:

1991-ci ilin oktyabrında müstəqilliyə nail olmuş Azərbaycanda cəmiyyətin parçalanma təhlükəsi, yeni yarnmış dövlətin süqutuna səbəb olacaq amilə çevrilmişdi. Məhz bu səbəbdən 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki qarşıdurmalar daha da kəskinləşərək siyasi böhrana gətirib çıxarmışdı. 1992-ci ildə dövlətə rəhbərlik edən naşı qüvvələr xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diaspor quruculuğuna diqqət yetirməmiş, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, problemlərin həllində onların geniş potensialından istifadə edilməsinə etinasızlıq göstərmişlər. 1991-1993-cü illərdə müstəqil Azərbaycanın ideoloji-siyasi, təbliğati müstəvidə Ermənistana uduzması, bir-birinin ardınca baş verən ağır faciələri dünya ictimaiyyətinə vaxtında və obyektiv çatdıra bilməməsi məhz bu laqeydliyin nəticəsi kimi yaddaşlarda qalıb. Həmin illərdə informasiya blokadasını aradan qaldırmaq üçün Azərbaycan diasporunun imkanlarının səfərbər edilməməsi və lobbi quruculuğu sahəsində heç bir ciddi addımın atılmaması xarici siyasətdə problemlər yaratmışdı.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında" 8 fevral 2006-cı il tarixli sərəncamında vurğulanmışdır ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Prezident İham Əliyev hər zaman bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir.
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.
Açılış tədbirində Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Quliyev Ruslan Namik oğlu, əməkdaşımızın sualını aşağıdakı kimi cavablandırdı.
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.
- Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlmişdir. Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”-nin bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirərdiniz?
http://xeberfakt.az/uploads/posts/2019-05/1557346597_f.png
Bu gün, Şimali Osetiya Respublikasında Diasporlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin, bir çox dövlət və ictimai xadimlərin, incəsənət nümayəndələrinin iştirakı ilə çox möhtəşəm tədbirlər keçirildi. 1915-17-ci illərdə Şimali Osetiyada, Buturin küçəsi 5 ünvanında yaşayıb-yaratmış, Üzeyir Hacıbəyovun yaşadığı evin üzərinə vurulmuş baralyefin açılışında iştirak etmək, Vladiqafqaz şəhərində yerləşən “Cümə Məscidin” –nin 1908-ci ildə azərbaycanlı neft maqnatı Murtuza Muxtarov tərəfindən tikilməsini bildirən lövhənin açılışı, Şimali Osetiya – Alaniya Respublikasının rəhbərinin iştirakı ilə İkinci Dünya Müharibəsi illərində Rassvet kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqda igid oğullarımızın şərəfinə ucaldılmış abidənin açılışında iştirak etdik.
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.
Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”-nin prezidenti Şahin Məmmədovun gərgin əməyi və təşkilatçılığı sayəsində baş tutan bu tədbirlərdə Şimali Osetiya – Alaniya Respublikası rəhbərliyinin və ictimai-siyasi xadimlərin iştirakı Diasporlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi altında Konqresin əməli işinin göstəricisidir. Bu isə Şimalı Osetiya və Azərbaycan xalqları arasında siyasi-iqtisadi əlaqələrin, isti qonşuluq münasibətlərinin inkişafına bir dəstəkdir.

Sonda açılış mərasimində iştirak edən qonaqlar və tədbir iştirakçıları fəzri diplomlar qiymətli hədiyyələrlə təltif olundular.
Hazırladı,
Elçin Şükür
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.
Şimali Osetiya – Alaniya Respublikasında 04 may 2019-cu il tarixdə möhtəşəm açılış oldu.

XƏBƏR LENTİ