"S-400-ün alınaması prosesi yekunlaşıb" - Ankara söz-söhbətlərə nöqtə qoydu...

638 11-05-2019, 10:27 dunya

"S-400-ün alınaması prosesi yekunlaşıb" - Ankara söz-söhbətlərə nöqtə qoydu...Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi barədə məlumatları təkzib edib.

Bu barədə Türkiyə prezidentinin administrasiyasının kommunikasiyalar üzrə departamentinin rəhbəri Fəxrəttin Altun "Twitter" səhifəsində yazıb.

O bildirib ki, yayılan məlumatlar əsassızdır.

“Sizin mənbələr səhvdir. Məlumatı məndən alın: S-400-ün alınaması prosesi yekunlaşıb" , - deyə Altun qeyd edib.

Xatırladaq ki, "Bild" nəşri Türkiyədə lirənin məzənnəsinin düşməsi və ABŞ sanksiyalarının tətbiqi təhlükəsini nəzərə alaraq, rəsmi Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi barədə məlumat yaymışdı.

XƏBƏR LENTİ