Bakıda bir ailə küçəyə atıldı – İcazəmiz olmadan evimizi sökdülər +VİDEO

Bakıda bir ailə küçəyə atıldı – İcazəmiz olmadan evimizi sökdülər +VİDEOBakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, dalan 6, ev 3-də yaşayan ailənin evi onların icazəsi olmadan sökülüb. Belə ki, bir müddət əvvəl Ələkbər Salamova aid, sahəsi 20 kvadratmetr olan evin sökülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ailəyə 31 min manat pul təklif edib.

Ancaq verilən məbləğlə razılaşmayan Salamovlar evlərinin sökülməsinə etiraz ediblər. Ailə iddia edir ki, buna baxmayaraq, əlində heç bir rəsmi göstəriş olmadan özlərini Nəsimi RİH nümayəndələri kimi təqdim edən şəxlər evi söküblər.

Ailə deyir ki, icra nümayəndələri icazəsiz söküntü aparmaları ilə, yanaşı onlara güc tətbiq ediblər. Hazırda evsiz qalan Salamovlar ailəsi təklif olunan məbləğlə razılaşmır, əvəzində isə həmin ərazidən yeni ev tələb edirlər.

Baku TV-nin əməkdaşları ərazidə olan icra nümayəndələrindən məsələ ilə bağlı açıqlama almaq istəsələr də, icra nümayəndəsi suallara cavab verməkdən imtina edərək, ərazidən uzaqlaşıblar.

[media=//baku.tv/az/cemiyyet/8359/]

Bakıda bir ailə küçəyə atıldı – İcazəmiz olmadan evimizi sökdülər +VİDEO

  • 11-05-2019, 14:28
  • 338


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI