“Bu layihəni hazırlayanlar prezidentin siyasətinə əks gedir” – Parlamentdə etiraz

610 17-05-2019, 13:33 cemiyyet

“Bu layihəni hazırlayanlar prezidentin siyasətinə əks gedir” – Parlamentdə etiraz“Məktəbəqədər təhsil müəssisələrini vergidən azad etmişiksə, akkreditasiyaya görə məktəqədədər təhsil müəssiəsləri üçün 3 min manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat alınması düzgün olmaz”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q. Həsənuqliyev deyib ki, Azərbaycanda bütün şagirdlər məktəbəqədər təhsil müəssisələrinə getmirlər: “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə ehtiyac var. Bir-iki manat simvolik rüsum müəyyənləşdirmək olar, amma 3000 min manat rüsum çox böyükdür. Dəfələrlə təklif etmişəm ki, ölkədə məktəqədər təhsil müəssisələri açan şəxslərə torpaq ayrılsın, subsidiya verilsin”.

Millət vəkili Əflatun Amaşov da məktəqədədər təhsil müəssisələrinin akkreditasiyayası üçün 3000 min manat rüsum tutulmasına qarış çıxıb: “Rüsum tətbiq edilməməli, sadəcə, məktəbəqədər təhsil müəssisələrinə nəzarət olunmalıdır ki, keyfiyyətli dərs keçirilsin. Bu rüsumlara yenidən baxılmalıdır”.

Vitse-spiker Bahar Muradova parlamentin komitə sədrlərinib iradlara cavab verməsini zəruri sayıb.

Millətv vəkili Musa Quliyev bu layihənin geri qaytarılmasını təklif edib: “Bu layihəni hazırlayanlar dövlət başçısının siyasətinə əks gedir. Söhbət tək vəsaitdən deyil, münasibətdən gedir”.

Milət vəkili Qənirə Paşayeva da layihənin qaytarılmasını təklfi edib: “Bağçalar çatışmır. Biz müxtəlif insanlardan xahiş edirik ki, bağçalar tiksinlər. İndi belə rüsumla kənd yerlərində kim bağça tikəcək?”

Qeyd edək ki,bu “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələrinin müəyyənləşməsi təklif edilir. Qanun layihəsinə təklif edilən 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumu tutulmalıdır.

XƏBƏR LENTİ