“Yazılanar həqiqəti əks etdirmir” – Türkiyə XİN-dən “S-400” açıqlaması

705 31-05-2019, 14:31 dunya

“Yazılanar həqiqəti əks etdirmir” – Türkiyə XİN-dən “S-400” açıqlaması“Son günlər bəzi media orqanlarında ABŞ-ın tələbi ilə Türkiyənin Rusiyadan aldığı “S-400” müdafiə sisteminin tədarükünün ləngitməsi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşləri Nazirliyinin mətbuat katibi Hami Aksoy açıqlama verib.

Bildirib ki, “S-400”ün tədarükü ilə bağlı proses planlaşdırıldığı vaxt üzrə davam edir: “Digər tərəfdən, “S-400” sisteminin “F-35”ə hər hansı zərər verə biləcəyilə bağlı ABŞ-la ortaq işçi qrupunun yaradılması təklifimiz hələ də qüvvədədir”.

XƏBƏR LENTİ