GÜRCÜSTANDA TOQQUŞAN MARAQLAR:Qara dəniz sahillərində tikilən iki liman kimləri üz-üzə qoyub?

680 4-06-2019, 18:48 dunya

GÜRCÜSTANDA TOQQUŞAN MARAQLAR:Qara dəniz sahillərində tikilən iki liman kimləri üz-üzə qoyub?İulian Ernst

“bne İntellinews”, 02.06.2019

Anakliya İnkişaf Konsorsiumunun (ADC) Gürcüstanda 2,5 milyard dollarlıq dərin su limanı yaratma planının üstündən xətt çəkib-çəkməyəcəyi müəmma olaraq qalır. Ona rəqib olan başqa bir layihəyə hökumət dəstəyi var və ötən həftənin sonlarında baş verən hadisələr məsələni daha da qəlizləşdirib.

Gürcüstan və ABŞ sərmayədarlarından ibarət ADC mayın 30-da Anakliyadakı layihəni dayandırmaq üzrə olduğuna dair xəbərdarlıq edib. Səbəb – Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin icazəsi ilə Qara dəniz sahilində, azca cənubda yerləşən Poti limanının tikintisidir.

Lakin elə mayın 30-da Gürcüstanın iqtisadiyyat naziri Natiya Turnava bildirib ki, Potidə dərin su limanı qurulmayaq. Çünki nazirliyin qərarı ləğv edilib.

Əlbəttə, Turnava Poti layihəsinin “Maersk” qrupu tərəfindən nəzarət edilən “APM Terminals Poti”-nin konseptual dizayn əsasında tərtib etdiyi layihə olması və limanın genişləndirilməsi üçün 250 milyon ABŞ dolları məbləğində maliyyə ayrılmasının birinci fazası olduğu barədə məlumat verməyib.

“İnşaat icazəsi yoxdur”

Turnava deyib: “Əvvəla, demək istəyirəm ki, bu sənəd tikinti icazəsi deyil. O, qurumlarımızdan birinin verdiyi torpaqdan istifadə şərtləri, yəni Tikinti və Texniki Nəzarət Agentliyinin rəhbəri tərəfindən verilmiş sənəddir. Bu məsələ hökumətin hər hansı bir üzvü ilə və ya şəxsən mənimlə razılaşdırılmayıb. Bundan əlavə, sənəd müəyyən prosedur pozuntuları ilə verilib. Ona görə də, bu gün həmin sənədi ləğv etmək qərarına gəldik və cavabdeh təşkilatın rəhbəri vəzifəsindən kənarlaşdırılıb”.

ADC bu il ərzində limana qoyulan sərmayələrin gələcəyi ilə əlaqədar narahat idi. Çünki Gürcüstanın ən varlı adamları – ölkənin faktiki lideri Bidzina İvanişvili və ADC-də iki əsas tərəfdaşdan biri olan Mamuka Xazaradze arasında gərginlik ortaya çıxmışdı.

Xazaradze həm də FTSE-25o siyahısına daxil edilmiş “TBC Bank”-ı ilə tanınan “TBC Holding”-in təsisçisidir.

Ancaq bu toqquşmaya diqqət yetirmək hadisələrin təfsirini çox sadələşdirə bilər.

Rusiya və Çin əsas aktyorlardır?

Anakliya / Poti hekayətində Rusiya və Çin əsas aktyorlar sayıla bilər. Hər iki ölkə ADC layihəsinə dəstək verməkdə maraqlıdır, lakin müxtəlif səbəblərə görə.

Ruslar artıq Poti limanındakı neft terminalını idarə edirlər və qəti şəkildə rəqibin Gürcüstana yaxın Qara dənizin başqa dərin su limanı olan Novorossiyskə çıxmasını istəmirlər. Buna görə də, Potidəki hadisələrin idarə edilməsinə nail olmaq Moskva üçün taktiki bir hərəkət sayıla bilər.

Bu arada, Çin, prinsipcə, “Bir qurşaq-Bir yol” ticarət marşrutu çəçivəsində özünü Avropaya birləşdirən istənilən ticarət mərkəzi kimi, Anakliya şəhərində istənilən liman layihəsinə nəzarət etməkdə maraqlı ola bilər.

Maraqlıdır ki, hazırda Poti üçün icazə rüsxəti ayağına yazılmış Gürcüstanın iqtisadiyyat naziri Giorgi Kobuliya aprel ayında vəzifəsindən azad edilib. Əvvəllər o, Moskvada, “McKinsey”-də illərlə işləyib və məhz Rusiya ilə əlaqələrinin istefasına gətirib çıxardığı fərziyyələri var. Ancaq Rusiya üçün faydalı Poti limanına verilən dəstək məsələsində o, təkbaşına cavabdeh ola bilməz.

Bu ilin fevral ayında ölkənin baş naziri Mamuka Baxtadze, Gürcüstan prezidenti Salome Zurabişvilinin də iştirak etdiyi xüsusi mərasimdə ABŞ-ın Xarici Şəxsi İnvestisiya Korporasiyası (OPIC) ilə hazırlanan Poti layihəsinin maliyyələşdirilməsi üçün tərtib olunan müqaviləsini imzalayıb. Lakin 50 milyon ABŞ dolları məbləğində olan pul, 2,5 milyard dollarlıq ADC layihəsi ilə rəqabət aparmaq üçün kifayət deyil.

Əslində, ekspertlər hələ ötən ilin yanvarında bildirib ki, Poti layihəsi üçün ayrılanmaliyyə, ambisiyaları ilə müqayisədə, qeyri-mütənasib olaraq kiçikdir.

İnvestorları dayandırmaq

Poti, Anakliya layihəsinin yarısını qazanmağı hədəfləyir: ildə 100 milyon ton ilə müqayisədə ildə 50 milyon ton. Bu, Poti layihəsi üçün Anakliya investorlarının qarşısını almaqda faydalı bir təhdid kimi görünə bilər, ancaq realist olmaq lazımdır. Poti dərin dəniz limanı potensialına malik deyil. Anakliya şəhərində isə Çin Qara dənizin şərq sahilində ilk dərin su limanının qurulması ilə özünü formalaşdıran ADC layihəsini öhdəsinə götürmək naminə manevr edə bilər.

Bəlkə Pekin gürcü-amerikan layihəsini ələ keçirmək üçün Tiflisə təzyiq göstərəcək?

Bu, Portseurope.com-da nəzərdən keçirilmiş ssenaridir.

May ayında Çinin xarici işlər naziri Gürcüstana tarixi bir səfər edib. 23 il ərzində ilk dəfə Çin diplomatı rəsmi səfərlə Gürcüstana gəlib. Ticarət, logistika və nəqliyyat sahələrində əməkdaşlıq gündəm mövzuları olub. ADC-nin maliyyələşdirilməsi üçün lazımi 600 milyon dollar Çin üçün qəpik-quruşdur.



Potiyə xeyir-dua

Gürcüstan hökuməti Poti layihəsinə xeyir-dua verdiyini dana bilməz. Baş nazir və prezident OPIC-in 50 milyon dollarlıq kredit ayırdığı tədbirdə iştirak ediblər. Dərin su limanını inkişaf etdirmək üçün, əlbəttə, bu, kiçik məbləğ, lakin Anakliayaya qatqı təmin edən potensial investorları öz tərəfinə çəkmək üçün kifayət qədərdir.

Qeyd edək ki, Poti limanının genişləndirilməsi üçün “AMP Terminals”-la anlaşma memorandumu imzalayan konsorsium maliyyələşdirməni genişləndirməlidir. “Pace Group”, ehtimal ki, konsorsiuma pul verib.

Bu ilin yanvar ayında “APM Terminals” Poti layihəsini təqdim edib. “Poti Yeni Terminallar Konsorsiumu” (PNTC) ilə birgə. Sonuncu kommersiya qurumu “Gürcüstan və xarici iş adamlarının qrupu” kimi təsnif edilir.

PNTC-nin prezidenti Gürcüstanın SSRİ-dən ayrılma prosesinin başladığı 1989-cu ildə “Tbilisi” dövlət ticarət şirkətinə rəhbərlik edən iş adamı Tamaz Çxikvişvilidir. O, Poti limanında çox sayda terminalı istismar edən xarici şirkətlərlə əməkdaşlıq qurub. Çxikvişvilinin şirkətlərindən biri Gürcüstan ərazisi ilə Türkiyə istiqamətlənmiş Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəmərinin tikintisinə cəlb edilib.

Tamamlandığı təqdirdə, APM tərəfindən nəzərdə tutulan tam meqaliman 50 mln. ton və 2 mln. TEU-lıq illik yük qabiliyyətinə malik olacaq. 16 metrədək su dərinliyi ilə liman Qara dənizi keçən ən böyük gəmiləri hövzəsində yerləşdirə biləcək.

Beləliklə, ona bitişik sənaye və azad ticarət zonasının inkişafı tamamlanacaq.

Tərcümə: Strateq.az

XƏBƏR LENTİ