Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozuEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 12-də hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 31-37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Sabaha olan hava proqnozu

  • 11-06-2019, 13:00
  • 52


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar
  2. İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib
  3. Sülhəddin Əkbər: “Harada böhran yaranırsa, böyük oyunçuların mübarizəsi gedir”
  4. Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı
  5. “Naxçıvandakı təlimləri rus bazası da izləyir” – Əcaba niyə?
  6. Rusiyanın Yerevandakı səfiri: “Hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır”
  7. Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019" döyüş atışlı taktiki təliminin əsas mərhələsi keçirilib
  8. Bakıda yanğın:körpə qız yanaraq öldü
  9. Da Vinçinin itən tablosu… –Səudiyyə şahzadəsinin yaxtasında tapıldı
  10. Sabaha olan hava proqnozu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MARAQLI