“Bu, beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır” – Sabiq nazir

“Bu, beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır” – Sabiq nazir“Ermənistan hələ də təcavüzkar siyasətini və Azərbaycan torpaqlarının işğalını davam etdirir. Bu, beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Bakıda “Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün regionda məğlub olan yeganə ölkə elə Ermənistanın özüdür: “Onlar regiondakı faydalardan yararlanmaq istəyirsə, düşmənçilik və işğalçılıq siyasətindən əl çəkməlidirlər. Ötən əsrin 90-cı illərində erməni diplomatlara bu barədə çox danışdıq, ancaq onlar hər cür təmaslardan qaçırdılar”.

H.Çətin əlavə edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər çox möhkəmdir, bir sıra genişmiqyaslı birgə layihələr həyata keçirilir.

“Azərbaycan xarici siyasəti ilə qürur duya bilər. Azərbaycan güclü olduğu müddətdə Türkiyə də güclüdür”, – o, fikrini tamamlayıb.

“Bu, beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır” – Sabiq nazir

  • 8-07-2019, 11:20
  • 94


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI