İmişli sakini rayon polisinin qanunsuz əməlindən nazirə şikayət etdi

827 15-07-2019, 10:38 cemiyyet / bolge / gundem

İmişli sakini rayon polisinin qanunsuz əməlindən nazirə şikayət etdiBir neçə gün öncə Conflict.az-da dərc etdiyimiz “İmişli polisində özbaşınalıq: ayıq sürücüyə sərxoşluqla bağlı protokol tərtib edildi, halbuki...” adlı məlumatdan sonra şikayətçi İmşli şəhər, Şıxlınskli küçəsi ev 8-də yaşayan Musayev Təbriz Mulkəddin oğlunun redaksiyaya ikinci müraciəti daxil oldu. T.Musayev bu dəfə mətbuat vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir. Müraciətdə deyilir:
İmişli sakini rayon polisinin qanunsuz əməlindən nazirə şikayət etdi
Cənab nazir! İmişli rayon bazarında fəhlə kimi çalışıram. 07.05.2017-ci il tarixdə, axşam saatlarında, özümə məxsus avtomobillə yaşadığım evə gələrkən, İmişli rayon YPX əməkdaşı Hikmət Paşayev hər hansı bir səbəb olmadan avtomobili saxlamağımı əmr etdi. Saxlanılmağımın səbəbini soruşanda polis əməkdaşı bildirdi ki, maşını təzə almısan niyə şirinlik vermirsən? Xatırladım ki, təqaüdçü atamla köməkləşib, bir müdət əvvəl 2000 azn-ə köhnə avtomobil almışam. Hikmət Paşayevin nəzərinə çatdırdım ki, siz məni tanıyırsınız, mən həmişə sizin - yəni polislərin maşınını yumuşam. Bilirsiniz ki, gündəlik 10 manata işləyirəm. Bu gün bir qəpik belə qazanmamışam. Cəmi üç manatım var. Həmin 3 manatı Hikmət Paşayevə verdim. O maşından düşüb pulu üstümə atdı ki, mən dilənçiyəm? Sonra bildirdi ki, sən içmisən. İnzibati xətalar məcəlləsinin 333.1-ci maddəsi ilə xəta törətmisən. Mən ondan İmişli rayon xəstəxanasına aparılmağımı tələb etdim. Məni İmişli MRX-də Cahangir Firdovsi oğlu Zeynlaov müayinə etdi. Tibbi akt tərtib edildi. 161№-li aktda qeyd olundu ki, mən içkili deyiləm. Buna baxmayaraq İmişli rayon DYP-də mənimlə bağlı polis mayoru İmanyarov Eldəniz ispəndiyar oğlunun imzası ilə akt tərtib edildi. Aktda qeyd edilir ki, İnzibati Xətalar məcəlləsnin 333.1 bəndinə əsasən mən 400 azn cərimə olunuram. AP№ 0124053 №-li protokoldan şikayət etmək üçün İmişli rayon polis şöbəsinin rəisi ilə görüş cəhdim alınmadı. Sonra mən İmişli rayon DYP-nin rəisi Füzuli Şıxəliyevlə görüşdüm. Üzləşdiyim problemlə bağlı DYP rəisinə müraciətimə onun reaksiyası isə məni daha çox təəccübləndirdi. Rəis bildirdi ki, xəstəxananaın tərtib etdiyi akt bizim üçün keçərli deyil. Əsas bizim öz protokolumuzdur.
Cənab nazir! Günlərdir ki, İmişli rayon YPX-nin əməkdaşlarının qanunsuz əməlinin qurbanına çevrilmişəm. Gündəlik dolanışacağımı güclə qazanıram. Lakin Hikmət Paşayev kimilərin əməlləri məni artıq intihara məcbur edir. Mənim intiharım isə ailəmin faciəsi deməkdir. Heç bir günahım olmadığı halda nə üçün mən bu cəza şəraitində yaşamalıyam? Xahiş edirəm mənə kömək edəsiniz.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

İmişli sakini rayon polisinin qanunsuz əməlindən nazirə şikayət etdi
İmişli sakini rayon polisinin qanunsuz əməlindən nazirə şikayət etdi
İmişli sakini rayon polisinin qanunsuz əməlindən nazirə şikayət etdi

XƏBƏR LENTİ