33 PİLLƏ GERİLƏYİB AFRİKA ÖLKƏLƏRİNƏ QONŞU OLDUQ - “Səbəb nazirliyin səhv siyasətidir”

33 PİLLƏ GERİLƏYİB AFRİKA ÖLKƏLƏRİNƏ QONŞU OLDUQ - “Səbəb nazirliyin səhv siyasətidir”Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən də 3.5 dəfə aşağıdır

“Azərbaycan internetin sürətinə görə, 208- ölkə arasında 142-ci yeri tutub, bu da 33 pillə geriləmək deməkdir”. Bunu multimedia texnologiyaları üzrə ekspert Osman Gündüz bildirib.

O.Gündüz “Turan”a deyib ki, dünyda kifayət qədər nüfuzlu “Cable” (cable.co.uk) qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb və Azərbaycan bu statistikada bir sıra Afrika və Mərkəzi Asiya ölkələrilə qonşuluqda yer alır.: “Cable 12 ay ərzində 208 ölkə arasında (may, 2019-dək ) aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə bu statistikanı açıqlayıb. 2018-ci ildə Azərbaycan 135-ci, 2017-ci ildə 102-ci yerdə olub, indi isə 142-ci yerdə qərar tutub. Bu isə o deməkdir ki, Azərbaycan İnternet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. 2019-cu ildə dünya üzrə orta sürət 11 mb/s olub. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən də 3.5 dəfə (3.1 mb/s) aşağıdır”.
33 PİLLƏ GERİLƏYİB AFRİKA ÖLKƏLƏRİNƏ QONŞU OLDUQ - “Səbəb nazirliyin səhv siyasətidir”
O. Gündüz reytinq cədvəlində subyektivlik ola biləcəyini istisna etməsə də etbarlılığını da şübhə altına almır: ” Nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurumdur. Ciddi partnyorları var. Əslində mənim üçün də, elə sektorda olan çoxları üçün də bu nəticələr gözlənilən idi”.

Ekspertə görə, bunun səbəbi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son iki ildə yürütdüyü səhv siyasətidir ki, genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb, etiraf eləməkdən də çəkinmir.

“Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəli Kabel-Kanal sisteminə yaxın buraxmır. Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib”, ekspert belə deyir.

Ekspertə görə, sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yükəslib, “Azercell” dövlətləşəndən sonra nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziyyət yaratmaqda maraqlıdır.
33 PİLLƏ GERİLƏYİB AFRİKA ÖLKƏLƏRİNƏ QONŞU OLDUQ - “Səbəb nazirliyin səhv siyasətidir”
O.Gündüz deyir ki, internet bazarının 50% -ni ələ keçirən dövlət provayderləri indi yeni infrastruktur yaratmaq əvəzinə, nazirliyin tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini “oğurlamaqla” məşğuldur: “İndi mən bu statistikaya cavabdeh qurum olan NRYTN-ə sual edirəm.

Bu yuxarıdakı statistika Sizə necə təsir edir? Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika? Əgər özəl Provayderlərə Kabel-kanal sisteminə daxil olmağa icazə versəydiz, onların da resurslarından istifadə etsəydiniz, özəllər üçün münbit şərait yaratsaydınız, regionlarda normal infrastruktur qurulsaydı, özəl backbone provaydrein 70% -lik qiymət endirimini blokadaya almasaydınız, bu nəticələr necə dəyişə bilərdi?”.

33 PİLLƏ GERİLƏYİB AFRİKA ÖLKƏLƏRİNƏ QONŞU OLDUQ - “Səbəb nazirliyin səhv siyasətidir”

  • 6-08-2019, 10:30
  • 113


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI