Əbülfəz Məlikov çətin vəziyyətdə – ŞOK FAKTLAR

Əbülfəz Məlikov çətin vəziyyətdə – ŞOK FAKTLARBrokerlər ailəsini, evini, maşınını itirib, 100 min manatlarla vergi borcları yığılıb

İllərlə ölkənin Gömrük sistemini tam nəzarətində saxlayan, bu qara işdən həm özünə, həm də havadarlarına milyonlar qazandıran “Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikovla bağlı ilğinc iddialar var. AzEuroNews.com xəbər verir ki, ölkə mediasında yer alan informasiyalarda, Əbülfəz Məlikovun qurduğu Broker xidmətinin yüzlərlə brokerin anasını ağlar qoyduğu qeyd olunur. Daha doğrusu, “Broker MMC”də broker kimi işləyən insanlar bu sistemə girməklə həyatlarını qumara qoyublar. İllərlə borker kimi çalışan insanlardan bir neçəsi ilə apardığımız söhbət zamanı şok edici məlumatlar ortaya çıxdı. Sən demə, Məlikov milyonları bu yazıq brokerlərin həyatlarını risqə atmaqla qazanıb.

Belə ki, “Broker MMC”-də çalışan brokerlərin adına VÖEN açılırmış. “X” şirkətin gətirdiyi məhsul bu brokerin adına yazılaraq Əbülfəz Məlikovun nəzarəti altında gomrükdə rəsmiləşdirilirmiş. Daha sonra brokerə cüzi faiz verilimiş. Nəticədə brokerin adına gətirilən məhsulun vergisi ödənmirmiş. Aylarla vergi borcu yığılıb qalırmış.Keçmiş vergilər naziri Fazil Məmmədovla razılığa gələn Məlikov bu ödənişləri “birdəfəyə” prinsipləri ilə qeyri-rəsmi həyata keçirirmiş. Fazil Məmmədov vurulduqdan sonra brokerlərə qanunu formada ödənməyən 100 min manatlarla borc yazılıb.

Məlikov isə qaçıb gizlənib. Elə bunun nəticəsidir ki, bu gün 100-lərlə “broker”-in Vergilər Nazirliyinə 100 min manatlarla borcu var. Ən dəhşətlisi budur ki, Ə.Məlikovun bu əməlinin qurbanı olan brokerlərin əksərinin evləri, maşınları əlindən alınıb, ailələri dağılıb. Hətta bir neçə broker intihara əl atıb, özünü öldürməyə cəhd edib. Bir sözlə, Məlikovun bu sistemi onların evini yıxıb.

Məlumata görə, bu vergi borclarını ödəməli olan Əbülfəz Məlikov da kimsəyə bir manat kömək etməyib.

“Bütün ailəm dağıldı, evim əlimdən çıxdı, vergilərə 100 min manat borcum var” deyən broker qeyd edir ki, bu pulları Əbülfəz Məlikov ödəməli idi. Amma hamını aldadaraq qaçıb. İndi isə qazandığı milyonları rahat-rahat xərcləyərək yüzlərlə insanın balasını gözüyaşlı qoyub.

Məlumata görə, hazırda yeni brokerləri tora salan Məlikov eyni əməlini Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının Loqistika Mərkəzlərində davam etdirir. Amma bu dəfə daha sistemli formada. Yenə vergidən yayınmaq üçün ciddi planlarını işə salıb.Daha bir araşdırılmalı məqam isə Əbülfəz Məlikovun üzərində açıq qalan bir neçə cinayət işi faktıdır. Bu barədə konkret bilğiləri çox yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Əbülfəz Məlikov çətin vəziyyətdə – ŞOK FAKTLAR

  • 6-08-2019, 12:02
  • 137


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI