Yeni təsis olunan ictimai birlik məhkum və məhkum ailələrinə hüquqi yardım göstərəcək

1 496 8-08-2019, 15:41 cemiyyet / gundem

Yeni təsis olunan ictimai birlik  məhkum və məhkum ailələrinə hüquqi yardım göstərəcək

Bu yaxınlarda təsis olunan “Məhkum və Məhkum Ailələrinə Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasında mövcud olan bütün cəzaçəkmə müəssələrində olan məhkumlara və onların ailə üzvlərinə hüquqi yardım göstərmək üçün həm cəzaçəkmə müəssələrində olan məhkumlarla, həm də onların ailə üzvləri ilə maarifləndirici görüşlər keçirəcək, onlara hüquq müstəvisində xidmətlər göstərtəcək və inkişaf etmiş ölkələrdə məhkumlara və onların ailə üzvlərinə göstərilən humanism prinsiplərinin ölkəmizdə tətbiqi ilə bağlı müvafiq dövlət orqanları qarşısında təşəbbüslə çıxış ediləcəkdir. Bu barədə əməkdaşımıza açıqlama verən “Məhkum və Məhkum Ailələrinə Hüquqi Yardım” İctimai Birliyinin sədri İmanverdi Quliyev daha sonra bildirdi ki, məqsədimiz təkcə məhkumlara və onların ailə üzvlərinə hüquqi yardım göstərmək deyil, eyni zamanda məhkumluğun insanın həyatını və ailələrini necə məhf etdiyi barədə ölkə vətəndaşları, xüsusilə də gənclər arasında maarifləndirmə işi aparmaqla onları cinayət əmməlləri törətməkdən çəkindirməkdir.


Xeberdar.net

XƏBƏR LENTİ