Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

808 25-08-2019, 14:28 dunya / gundem

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı















Azərbaycanlı bloqer Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Rusiyadakı mənbəmizin məlumatına əslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.
Məlumatda bildirilir ki, Elvin İsayevi həbs etmək üçün 10 qədər polis maşını gəlib.

Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun həbsinin Azərbaycanın hakimiyyəti tərəfindən sifariş verilməsi iddia edilir.Həbs olunması üçün Sank-Peterbruq şəhərində Azərbaycan Diaspora təşkilatının ərizə ilə müraciət etdiyi də gələn xəbərlər arasındadır.

Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ciddi şəkildə tənqid edirdi.

Əlavə olaraq mənbə qeyd edir ki, blogerin həbsi Rusiyada yaşayan azərbaycanlılar arasında ciddi gərginlik yaradıb.

Elvin İsayevin Azərbaycana deportasiya olunması gözlənilir.


Azərbaycanlı bloqer Rusiyada saxlanıldı
Azərbaycanlı bloqer Rusiyada saxlanıldı
Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

XƏBƏR LENTİ