İDLİB SÜQUT ƏRƏFƏSİNDƏ:növbəti atəşkəs neçə gün davam edəcək?

İDLİB SÜQUT ƏRƏFƏSİNDƏ:növbəti atəşkəs neçə gün davam edəcək?“Əl-Cəzirə”, 31.08.2019


Rusiya Şənbə günündən etibarən hökumət qüvvələrinin üsyançıların son böyük dayağı olan İdlibə şiddətli hücumunu dayandırdığını və birtərəfli atəşkəs elan edib.

Cümə günü suriyalı köçkünlərin İdlib əyalətində sərhəd keçidini adlayaraq qonşu Türkiyəyə keçmək istəyib.

BMT hərbi toqquşmaların bölgədəki 3 milyon sakin üçün ümidsizlik vəziyyəti yaradacağına dair xəbərdarlıq edib. Onların yarısı artıq prezident Bəşər Əsədə sadiq qüvvələr tərəfindən ələ keçirilən ərazilərdən olan məcburi köçkünlərdir. BMT-nin verdiyi məlumata görə, aprel ayının sonlarında başlayan hücumdan bəri yarım milyondan çox mülki şəxs yenidən yer dəyişdirib, 500-dən çox adam ölüb.

Əsədin dəstəklənməsi üçün 4 il əvvəl Suriyadakı münaqişəyə müdaxilə edən Rusiya 31 avqust səhər saat 6-dan etibarən İdlib hərbisizləşdirilən zonasında Suriya hökumət qüvvələri ilə birtərəfli atəşkəs haqqında razılıq əldə olunduğunu bildirib.

Rusiya Atəşkəs Mərkəzinin verdiyi açıqlamada, atəşkəsin İdlibdə vəziyyəti sabitləşdirmək məqsədi ilə hökumət əleyhinə döyüşçüləri silahlı təxribatları dayandırmağa və sülh prosesinə qoşulmağa çağırdığı ifadə olunub.

Cümə günü Suriya qoşunları atəşkəsin qüvvəyə minməsindən əvvəl mümkün qədər çox yer almağa çalışaraq İdlibdən cənub-şərqdəki bir neçə təpəni və kiçik kəndi ələ keçiriblər.

Yenilənmiş hücumda Rusiya və onun suriyalı müttəfiqi, müxalif mənbələrə görə, elit ordu birləşmələri və İranın dəstəklədiyi milisləri hücuma göndərərək, Suriyanın şimal-qərbində hava həmlələrini artırıb.

Rusiyanın rəhbərlik etdiyi ittifaq vilayətin sıx məskunlaşan hissələrinə yaxınlaşaraq, İdlibin cənubundakı Cueyn, Zarzur və Tamanə qəsəbələrini ələ keçirib.

İrəliləyişlər alyansın keçən həftə Həma əyalətində əsas üsyançı postunu ələ keçirməsindən bəri ilk böyük uğurudur.

Sərhəddə etirazlar

Döyüşlər qızışdıqca 100 minlərlə suriyalı Türkiyə ilə sərhədə doğru qaçıb. Minlərlə insan postlarda toplaşaraq Ankaranın ölümcül irəliləməni dayandırması üçün kömək istəyiblər.

Ən azı bir sərhəd keçid məntəqəsində etirazçılar qısa müddətdə Türkiyəyə giriblər.

AFP-nin xəbərinə əsasən, Bab əl-Hava keçidində türk sərhədçiləri etirazçını dağıtmaq üçün xəbərdarlıq atəşləri açıb və gözyaşardıcı qazdan istifadə ediblər.

2018-ci ildə Türkiyə və Rusiya hücumun qarşısını almaq üçün üsyançı və Suriya hökumət qüvvələri arasında İdlibdə silahsızlaşdırılmış bufer bölgə yaratmağa razılıq verib, lakin razılaşma heç vaxt tam yerinə yetirilməyib.
İDLİB SÜQUT ƏRƏFƏSİNDƏ:növbəti atəşkəs neçə gün davam edəcək?
Üsyançı qruplarla razılaşdırılan növbəti atəşkəs avqustun 5-də pozulub.

Gərginliyin artması fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bundan sonra Putin jurnalistlərə hər iki tərəfin vəziyyəti normallaşdırmaq üçün birgə addımlar barədə qərar verdiyini söyləyib.

Məcburi köçkünlərdən biri deyib: “Bu Türkiyəyə xəbərdarlıqdır, əgər heç bir şey etməzsə, Türkiyəyə və Avropaya gedəcəyik”.

Dünyada ən çox suriyalı qaçqın – 3,6 milyon “qonaq” qəbul edən Türkiyə Suriya qoşunlarının tam güclə hücumunun on minlərlə qaçqını yenidən sərhədə qovacağından qorxur.

BMT-nin təcili yardım koordinatoru Mark Loukok bildirib ki, Suriyadakı əsas aqrar sahələr mülki şəxslərdən effektiv şəkildə təmizlənib, İdlibdəki bir çox şəhər və kənd döyüşlərdə yerlə bir edilib. “Son 3 həftədə, 5 avqustda şərti atəşkəsinin pozulmasından bəri, Həmanın şimalında və İdlibin cənubunda onlarla icma boşalıb”.

Türkiyə müharibənin başlamasından bir ay sonra, 2011-ci ilin aprel ayında suriyalılara sərhədlərini açıb. Ancaq son illərdə Türkiyə qaçqın axınının yavaşlaması üçün tədbirlər görür.

Hüquq müdafiə qrupları 100-lərlə qaçqının yenidən Suriyaya göndərilməsi xəbərini təkzib edib. Türkiyə hökuməti də Suriyaya qayıdanların – 350 min nəfərin bunu könüllü şəkildə etdiyini söyləyib.

Ərdoğan bildirib: “Onlar üçün bütün lazımi tədbirləri görmüşük. Amma İdlibdə yaşanan hadisələrin istədiyimiz nöqtədə olduğunu söyləsək, yalan olar”.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Rusiyanın İdlibdəki 12 türk müşahidə postlarına hücum edilməyəcəyinə zəmanət verdiyini söyləyib.

Tərcümə: Strateq.az

İDLİB SÜQUT ƏRƏFƏSİNDƏ:növbəti atəşkəs neçə gün davam edəcək?

  • 31-08-2019, 11:20
  • 110


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  3. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  4. Nuru Paşanın yavəri...
  5. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
  6. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  7. VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI – “Toyuq-cücə də saxlayıram…” + FOTO
  8. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  9. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  10. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI