“Onlar məsafə tanımır” – “Hədəfi tapır və məhv edir!”

743 31-08-2019, 11:23 siyaset

Tofiq Zülfüqarov: “Ermənistan özünü təhlükədə hiss edir və cavab zərbəsi gözləyir, çünki...”

“Onlar məsafə tanımır” – “Hədəfi tapır və məhv edir!”

Son vaxtlar Türkiyənin Naxçıvan və eləcə də Azərbaycanın digər bölgələrində hərbi baza yerləşdirməsi məsələsi yenidən aktuallaşıb. Bəzi politoloqlar iddia edir ki, belə bir addımın atılması ölkəmizə yönəlik bütün təhdid və təhlükələrə qarşı etibarlı sipər ola bilər.

Doğrudanmı türk hərbi bazasının ölkəmizdə yerləşməsi Azərbaycanın təhlükəsizliklə bağlı bütün problemlərini həll edə bilər? Hər şey həqiqətənmi bu qədər sadədir?

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov uzaqmənzilli raketlərin mövcudluğu fonunda Naxçıvanda belə bir hərbi bazanın yerləşməsinə lüzum görmədiyini vurğuladı:

“Hesab edirəm ki, coğrafi baxımdan Naxçıvanda türk hərbi bazasının yerləşməsinə ehtiyac yoxdur. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Bu gün elə raketlər var ki, onlar kilometrlərlə uzaqdakı hədəfləri asanlıqla vura bilirlər. Elə uzaqmənzilli raketlər mövcudur ki, bu raketlər üçün hədəfin 50-60 km cənubda və ya şimalda yerləşməsinin heç bir önəmi yoxdur. Yəni onlar məsafə tanımırlar və uzaqdakı hədəfləri rahatlıqla məhv edə bilirlər.

Ikinci bir məsələ bundan ibarətdir ki, Moskva sazişinə əsasən Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçılarından biridir. Indiki vəziyyətdə də bu saziş öz əhəmiyyətini itirməyib. Türkiyə NATO-ya üzv olarkən, bu öhdəliklərlə üzv olub. Bu baxımdan Naxçıvanın təhlükəsizliyi ilə təminatlar mövcuddur.

Digər bir reallıq ondan ibarətdir ki, Azərbaycanla-Türkiyə hərbi əməkdaşlığı inkişaf edir. Biz bu əməkdaşlığın inkişafı ilə daha böyük nailiyətlər əldə edə bilərik.

Baş verənlər Ermənistanı narahat edir. Hesab edirəm ki, Ermənistan narahat olmalıdır da... Ermənistanıən indiki vəziyyəti onun həyata keçirdiyi siyasətin nəticəsidir. Ermənistan Azərbaycan ərazisini işğal edib, etnik təmizləmə həyata keçirib. Ona görə də indi cavab zərbəsi gözləyir və üzləşdiyi təhlükəni hiss edir. Ermənistan başa düşür ki, proseslər işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə nəticələnəcək”.

Seymur ƏLİYEV

XƏBƏR LENTİ