TEXNİKİ BAXIŞ SƏLAHİYYƏTİ DYP-dən ALINACAQ! – Daha bir “korrupsiya yuvasının” bağlanacağı gözlənilir

TEXNİKİ BAXIŞ SƏLAHİYYƏTİ DYP-dən ALINACAQ!  –  Daha bir “korrupsiya yuvasının” bağlanacağı gözlənilirUzun illərdir formal xarakter daşıyan və korrupsiya mənbəyindən başqa hər hansı özəlliyi olmayan avtomobillərin texniki baxışı prosedurunda dəyişiklik ediləcəyi gözlənilir.

“AzPolitika.info” hüquq-mühafizə sistemindəki mənbələrinə istinadla xəbər verir ki, avtomobillərə texniki baxışın keçirilməsi səlahiyyətinin Baş Dövlət Yol Polisi İdarəsindən alınması və bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur.

Onu da qeyd edək ki, dünya təcrübəsində texniki baxışın məhz özəl şirkətlər tərəfindən həyata keçirilməsi praktikası olduqca geniş yayılıb. Məsələn, Avstraliyada ümumiyyətlə avtomobillərin texniki baxışı həyata keçirilmir. ABŞ-ın 13 ştatında da texniki baxışa lüzum görmürlər. İspaniyada isə bu işi avtomobili istehsal edən şirkətin ölkədəki dilleri yerinə yetirir. Özü də hər şeyi istehsalçı şirkət özü üzərinə götürərək, lazım gəldikdə texniki baxışı hətta gecə saatlarında həyata keçirir və səhər saat 07.00-a qədər bütün sənədləşməni apardıqdan sonra avtomobili sahibinə çatdırır.
TEXNİKİ BAXIŞ SƏLAHİYYƏTİ DYP-dən ALINACAQ!  –  Daha bir “korrupsiya yuvasının” bağlanacağı gözlənilir
Vaxtilə “qardaş respublikalar” olan Baltikyanı ölkələrdə də texniki baxış DİN-dən alınaraq, özəl şirkətlərə həvalə olunub və hər inzibati ərazinin öz texniki baxış mərkəzi və şirkəti var. Təbii ki, bu da nəticədə rüşvət, süründürməçilik və vaxt itkisi kimi məsələləri aradan qaldırıb.

Azərbaycanda isə necə deyərlər, bineyi-qədimdən texniki baxış onu keçirən qurumun külli miqdarda qeyri-leqal gəlir mənbəyinə çevrilib. Elə son dövrlərə qədər də rəsmi qiyməti 20 manat olan texniki baxışı keçmədən belə, şəhərin müxtəlif hissələrində “birkaların” 50 manata satılması müşahidə olunurdu. Texniki baxış mərkəzləri isə süründürməçilik və süni olaraq, uzun növbələrin yaradılmasından başqa hər hansı məqsədə xidmət etmirdi.

TEXNİKİ BAXIŞ SƏLAHİYYƏTİ DYP-dən ALINACAQ!  –  Daha bir “korrupsiya yuvasının” bağlanacağı gözlənilir
Lakin görünür, yeni nazir Vilayət Eyvazovun polisin cəmiyyətdəki nüfuzunun qaldırılması, imicinin yaxşılaşdırılması istiqamətində atmağa başladığı addımlar sırasında yol polisi sistemində islahatlar aparılması niyyəti ön plana keçməkdədir. Əslində, doğrudan da polisin cəmiyyət arasındakı nüfuzuna, insanların DİN sisteminə etimadına ən böyük zərbə vuran elə məhz yol polisidir.

Ən çox şikayət olunan və vətəndaşlarda haqlı narazılıqlar yaradan Baş Dövlət Yol Polis İdarəsi və xüsusilə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərlə kobud davranmaqdan tutmuş insanların şərlənməsi, rüşvətxorluq, korrupsiya və özbaşınalıq kimi “məziyyətlərilə” ölkədə ən çox tənqid edilən strukturlara çevriliblər. Sözsüz ki, DİN-in yeni rəhbərliyi də yalnız yol polisi sisteminin ümumilikdə olmasa belə, qismən, mərhələlərlə ləğvi, ya da ciddi islahatlara məruz qoyulması yolu ilə bu ağır və əslində lazımsız yükdən qurtulmağın mümkünlüyünü yaxşı anlayır.

Tahir
AzPolitika.info

TEXNİKİ BAXIŞ SƏLAHİYYƏTİ DYP-dən ALINACAQ! – Daha bir “korrupsiya yuvasının” bağlanacağı gözlənilir

  • 4-09-2019, 17:55
  • 93


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  5. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI