Yaralanan əsgərdən açıqlama:"Hər iki ayağımda qəlpə yaraları var"

Yaralanan əsgərdən açıqlama:"Hər iki ayağımda qəlpə yaraları var"Ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsin pozulması nəticəsində güllə yarası alan 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlunun müalicəsi davam edir.

Xeberdar.net məlumat verir ki, bu barədə “Trend”ə Babayev Adilin özü məlumat verib. Onun sözlərinə görə, ağır əməliyyat olunmasına baxmayaraq, hər şey uğurlu keçib və müalicəsi uğurla davam etdirilir:

“Şükürlər olsun ki, sağalıram. Güllə yarası aldığım gün 4 saatdan artıq əməliyyat olundum. Sağ ayağımda şah damar zədələnmişdi, bu səbəbdən damar dəyişikliyi olundu. Hər iki ayağımda qəlpə yaraları var, hazırda yaralarımın birləşməsini gözləyirəm”.

Xatırladaq ki, avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Xeberdar.net

Yaralanan əsgərdən açıqlama:"Hər iki ayağımda qəlpə yaraları var"

  • 5-09-2019, 15:01
  • 96


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  5. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI