Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma

3 207 12-09-2019, 11:32 cemiyyet / maraqli

Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –AraşdırmaAlimlər 66 milyon il əvvəl baş verən və dinozavrlarla bərabər dünyadakı canlıların 75 faizinin məhv olmasına səbəb olan nəhəng meteroritin toqquşmasının izlərini göstərən qaya nümunələrini ilə planetin ən qaranlıq günlərinə aydınlıq gətirirlər.

Texas Universitetinin başçılığı ilə aparılan araşdırma komandası Meksika körfəzinin 130 metr dərinliklərindəki kəsintilərdən götürdüyü nümunələri incələyib.

Dinozavrların bu meteoritlərlə toqquşmasından sonra məhv olduğu və məməlilərin artmağa başladığı bilinir.

Meteorit toqquşmasının effektinin II Dünya Müharibəsində atılan atom bombasının təsirindən 10 milyard dəfə çox olduğu güman edilir.

Meteorit Meksikanın Yukatan yarımadasına düşüb və burada 200 km enində krater yaratmışdı.
Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
Geoloqlar toqquşmadan sonra yaranan Çiksulub kraterini 1991-ci ildə kəşf edib

Bu toqquşmanın böyük tsunami və 1500 km uzaqlarda belə meydana gələn yanğınlara səbəb olduğu bilinir.

Çiksulub Krateri – Dünyada həyatı dəyişdirən meteorit

12 km böyüklüyündə meteorit Yer kürəsi ilə toqquşaraq 100 km enində və 30 km dərinliyində bir çökəklik yaradıb.
Daha sonra bu çökəkliyin kənarlarının da çökməsindən sonra kraterin genişliyi 200 km-ə qədər böyüdü, dərinliyi isə bir neçə km azalmış oldu.
Bu gün kraterin böyük bir hissəsi dənizin altında, 600 metr qalıqların altındadır.
Quruda olan hissəsi isə kirəç daşı ilə örtülmüş vəziyyətdədir, amma kənarlarındakı çöküntülər krateri “ələ verir”
130 metrlik hissədə nə var?

İngilis və Amerikan araşdırmaçılarının başçılığı ilə 2016-cı ildə bu kraterdə həftələrlə araşdırma aparılıb.

Araşdırmaçılar kraterin Çiksulub limanının quruda olan hissəsində bu günə qədər ən yaxşı qorunmuş hissələrindən birindən 66 milyon il əvvələ aid olan uzun bir qaya nümunəsi çıxartmışdı.

Bunun 130 metrlik hissəsi geoloqların Kaynazoy dövrü olaraq adlandırılan vaxtın ilk günlərina aid qalıntılardan ibarət idi.
Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
Meksikadakı Yukatan yarımadanının kosmostan görünüşü

Tsunaminin daşıdığı qalıntılar
Ərazinin ən üst qatı toqquşmadan sonra baş verən tsunaminin izlərini saxlamaqdadır.

Alimlər toqquşmanın nəhəng dalğalar gətirdiyini və bu dalğaların kraterdən yüzlərlə km uzaqlığa qədər çatdığını düşünür. Ancaq gedən dalğalar geri qayıdanda özü ilə o bölgələrdən atqılar gətirir. 130 metrlik ərazinin ən üst layını da bu atqılar təşkil edir.

Texas Universitetinin professoru Şon Qulik bütün bunların toqquşmanın birinci günündə olduğunu deyir:

“Tsunami çox sürətli hərəkət edir. Dalğaların ətrafa yayılması və geri qayıtması üçün 24 saat yaxşı vaxtdır”.
Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
Havaya yayılan kükürd

Maraqlı məqam 130 metrlik ərazinin heç bir yerində kükürdə rast gəlinməməsidir. Halbuki, meteoritin təxminən yarısı kükürddən olan dəniz dibinə dəyməli idi.

Bu kükürdün “xaricə çıxdığı” və ya buraxlandığı güman edilir. Bu isə, dinozavrların məhv olması ilə bağlı geniş yayılmış mülahizəni dəstəkləmiş olur.

Su ilə qarışan və səmaya yüksələn bu qədər kükürdün iqlimin soyumasına səbəb olduğu və bitki və heyvanların yaşamasını çətinləşdirdiyi güman edilir. (BBC azeri)

XƏBƏR LENTİ