Goranboyda itlərinə toy edən sahibkarın başı dərddə

Goranboyda itlərinə toy edən sahibkarın başı dərddəQalib Mustafayev dostlarından polisə niyə şikayət yazıb?
“Çaldığın balaban yastıdı,

İtlər insanın dostudu".

Bu sözlər Goranboyda, it toyunda bir aşığın oxuduğu mahnıda yer almışdı. İtlərinə toy edən, bununla məşhurlaşan isə iş adamı, “G Group”un prezidenti Qalib Mustafayev idi.

Son günlər Qalib Mustafayevin adı yenidən gündəmdədir. Bu dəfə dostlarından şikayətçi qismində. O, dostlarından polisə şikayət yazıb. Goranboylu iş adamı ümumilikdə 300 min manat pulunun dostları tərəfindən, həm də cinayət yolu ilə mənimsəndiyini iddia edib. Şikayətin məğzindən aydın olur ki, İsmayıllı rayon sakini Əvəz Nadirov dostu Aftandil Məmmədovla birlikdə Qalib Mustafayevə məxsus “Sədərək” ticarət mərkəzində yerləşən “Elvar” mağazasında 186 min manat dəyərində mebelləri oğurlayıb. Bundan başqa, Nəriman Məmmədov həmin ticarət mərkəzində yerləşən Qalib Mustafayeva məxsus anbardan 109 min manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.

Criminal.az saytı yazıb ki, hər iki şəxsin barəsində Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Samir Ağayevlə əlaqə saxlayıb. Müstəntiq cinayət işinin başlandığını təsdiqləyib, lakin istintaq sirrinə əsaslanaraq əlavə məlumat verməkdən imtina edib.

Xatırladaq ki, Qalib Mustafayev 2017-ci ilin aprelində Amon və İsida adlı cins itlərinə toy etməsi ilə gündəmə gəlmişdi. Toy məclisi Goranboy rayonunda həmin iş adamına məxsus zavodun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, “Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb. O, əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib. Məclisi aşıq idarə edib, saz və balabanla mahnılar səslənib, itlərin şəninə sağlıq deyilib.

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbaycana elektronika malları gətizdirir. Qalib Mustafayevin “Bentley” və “Jeep Wrangler”, oğlunun və qızının da bahalı “Porshce”, “Mercedes” və “Jeep” markalı avtomobillərinin olduğu bildirilir. Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllim işlədiyini və indi aldığı təqaüdün az olduğunu deyib./“Yeni Müsavat”

Goranboyda itlərinə toy edən sahibkarın başı dərddə

  • 13-09-2019, 10:37
  • 56


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  5. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI