“Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirildi-İsmayıllıda+FOTO

908 25-09-2019, 18:27 cemiyyet

“Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirildi-İsmayıllıda+FOTOAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 25 sentyabr tarixində Sosial – Mədəni Dəyişikliklərin Öyrənilməsi İB-i İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində “Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirmişdir.
50 nəfərə yaxın iştirakçının qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdirinin müavini Murad Məhərrəmov vətəndaş cəmiyyəti təsisatlarının bu kimi tədbirləri keçirməsinin əhəmiyyətindən danışdı. Layihə rəhbəri Hüseyn İbrahimov Azərbaycanda yaşayan ayrı-ayrı xalqların maddi-mədəni irsinə diqqət və qayğıdan , həmçinin, ölkəmizdə və dünyada aparılan Azərbaycanın uğurlu multikulturalizm siyasəti modelinin milli azlıqların maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması istiqamətində mühüm rolu haqqında çıxış etdi. Seminarda Lahıc Qəsəbə tam orta məktəbinin müəllimi F. ü.f.doktoru Dadaş Əliyev -“Lahıc şifahi maddi-mədəni irsi – dünəndən bu günə”, Nikitin adına Kolxozun Müşahidə Şurasının sədr müavini Olqa Jabina - “İvanovka şifahi mədəni irs nümunələri haqqında”, RİH-nin Basqal qəsəbə üzrə nümayəndəsi Novruz Əsədov- - “Basqalın sifahi və maddi irs nümunələri”, şair publisist, “İsmayıllı Xəbərləri” qəzetinin baş redaktoru Prezident təqaüdçüsü Şahməmməd Soltanov “İsmayıllıda yaşayan ayrı-ayrı xalqların atalar sözləri və zərb-məsəllərinin izahı “ mövzularında çıxışlar etmişlər.
Seminarda sözügedən layihənin istiqamətinə müvafiq olaraq məruzə mətnlərinin nəşr ediləcək kitaba əlavə edilməsi də qərara alınmışdır. Tarix müəllimi, İsmayıllı rayonunun tanınmış ziyalısı Mövlud Əliyev daha yaşlı nəsildən əldə etdiyi və topladığı şifahi mədəni irs nümunələri haqqında layihə təşkilatçıları və tədbir iştirakçılarını məlumatlandırmışdır.

Xeberdar.net

XƏBƏR LENTİ