SİRR PƏRDƏSİNƏ BÜRÜNMÜŞ QƏTL: Səud padşahının şəxsi cangüdəni dostunun evində, yoxsa sarayda öldürülüb?

712 30-09-2019, 11:08 dunya

SİRR PƏRDƏSİNƏ BÜRÜNMÜŞ QƏTL: Səud padşahının şəxsi cangüdəni dostunun evində, yoxsa sarayda öldürülüb?“Təsnim” İnformasiya Agentliyi, 29.09.2019


Səudiyyə Ərəbistanının rəsmi mediası general Əbdüləziz əl-Fəğmin şəxsi fikir ayrılıqlarına görə bir dostu tərəfindən öldürüldüyünü iddia edib.

Əl-Fəğm 30 il kral Abdullah bin Əbdüləzizin keçmiş cangüdənlərindən biri, kral Xalid Hərbi Məktəbinin məzunu, Səudiyyə Kral Qvardiyasının əməkdaşı idi.

Kral Salmanın şəxsi cangüdəninin ölümü ilə bağlı rəsmi hekayət

Məkkeyi-Mükərrəmə polisinin açıqlaması bu cürdür: “Şənbə axşamı briqada generalı Əbdüləziz bin Bədah əl-Fəğm Ciddə şəhərinin əl-Şati (Sahil) məhəlləsində yaşayan dostu Turki bin Əbdüləziz əs-Səbatinin evinə gəlib. Məmduh bin əl-Məşəl əl-Əli adlı ortaq dostları da ora təşrif gətirib.
SİRR PƏRDƏSİNƏ BÜRÜNMÜŞ QƏTL: Səud padşahının şəxsi cangüdəni dostunun evində, yoxsa sarayda öldürülüb?
Söhbət əsnasında briqada generalı əl-Fəğm və Məmduh əl-Əli arasında mübahisə yaranıb. Nəticədə, Mamduh odlu silahla əl-Fəğmə atəş açıb, onu və digər iki nəfəri yaralayıb.

Xəsarət alanlardan biri ev sahibinin qardaşı, digəri filippinli xidmətçi olub.

Təhlükəsizlik qüvvələri əs-Səbatinin evində gəldikdə, cani onlara atəş açmağa başlayıb və təslim olma çağırışlarına məhəl qoymayıb.

Son nəticədə, cinayətkar öldürülüb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan briqada generalı Əbdüləziz əl-Fəğmi xilas etmək mümküm olmayıb…”



Müxalifətin fərqli hekayəti

“Twitter” səhifəsində Ali-Səud xanədanının gizlinlərini faş etməklə tanınan məşhur fəal (söhbət 2,5 milyon nəfər izləyicisi olan“Müctəhid”dən gedir – tərc.) kralın şəxsi cangüdənini öldürtməkdə şübhəli bilinən şahzadə Bin Salmanın generalın sədaqətinə əmin olmadığını qeyd edib.

“Müctəhid” yazıb: “Kral Salmanın şəxsi cangüdəni olan Əbdüləziz əl-Fağm hadisə baş verən vaxt dostunun evində deyil, sarayda olub. O, kral qvardiyasının çoxdankı və etibarlı üzvü idi, Ali-Səud səltənətinə qəlbən bağlıydı və Səudiyyə tacdar şahzadəsi Məhəmməd bin Salman əl-Fəğmin özünə sadiq olacağına qətiyyən əmin deyildi”.

Səudiyyəli tənqidçi Məhəmməd bin Salmanın əl-Fəğmi saraydan uzaqlaşdırmaq istəyini dəfələrlə açıq şəkildə bildirdiyini vurğulayıb.



Kral Salmanın sirlərinə bələd şəxsin şübhəli ölümü

Əl-Fəqm əvvəlcə keçmiş kral Abdullah bin Əbdüləzizin şəxsi cangüdəni idi və onun ölümündən sonra kral Salmanın şəxsi cangüdəni olub. 2017-ci ildə kral Salman onun rütbəsini general-leytenanta çatdırıb.

Körfəz Düşüncə Mərkəzinin araşdırmaçı jurnalisti Əli əl-Əhməd general Əbdüləziz əl-Fəğmin ölümünü ilk elan edən şəxslərdən biridir. O, “Tvitter”də Məhəmməd bin Salmanın ölümündən bir neçə gün əvvəl cangüdəni vəzifəsindən azad etdiyini yazıb.

Başqa bir statusunda jurnalist qeyd edib: “Əl-Fəğm sirr dolabı və 2002-ci ildən bəri kral Abdullahın şəxsi cangüdəni idi. Buna görə də, Məhəmməd ibn Salman onu özünə qarşı təhlükə sayırdı, xüsusən, əl-Fəğm Camal Xaşuqcini qətlə yetirən kral sarayının mühafizəçilərinin başçısı olduğuna görə”.

Səudiyyə Ərəbistanının tanınmış müxalif fəalı Həmzə əl-Həsən isə kral Salmanın şəxsi cangüdəninin öldürülməsi ilə bağlı bunu yazıb: “General Əbdüləziz əl-Fəqmin qətli bir sıra dəlillərə görə şübhə doğurur. Birincisi, kiber-milçəklərin (Bin Salmanla əlaqəli troll qrupları – tərc.) keçirdiyi nəhəng media hay-küyə görə. Bu, yalnız qətlin arxasında duran əsl səbəbləri gizlətmək və ya senzuradan keçirmək məqsədi daşıyır”.

Həmzə əl-Həsən tvitlərində qeyd edib: “Əbdüləziz əl-Fağmin şəxsi səbəblərə görə öldürüldüyünü iddia edən Səudiyyə hökumətinin xəbərlərinə inanmamalıyıq, çünki qatil də, məqtul (qətl edilən – tərc.) kralın cangüdənləridir və hadisənin başqa fərziyyəsini bizə nəql edə biləcək heç bir şahid yoxdur. Yalnız rəsmi hekayət mövcuddur, o da yalandır və mahiyyət qərəzsiz təqdim edilməlidir. Səudiyyə Ərəbistanının rəsmi məlumatı yalandır”.

Əl-Həsən statusun davamında yazıb: “Növbəti məqam budur ki, əgər padşahın iki cangüdənləri arasında şəxsi fikir ayrılıqları vardısa, niyə onlardan biri digərini evdə deyil, ictimai yerdə öldürməyib? Öldürülən Əbdüləziz əl-Fəğm həmişə küçədə idmanla məşğul olurdu və onu səs-küysüz, kimsənin mövzunun mahiyyətindən xəbərdar olmadan oradaca öldürmək daha asan olardı”.

Səudiyyəli müxalifətçi başqa bir tvitində yazıb: “Qurbanın (Əbdüləziz əl-Fəğmin) ailəsi qatili kral sarayında axtarmalıdır”.



Kral Salmanın öldürülən cangüdəni (solda) və qatil (sağda)
SİRR PƏRDƏSİNƏ BÜRÜNMÜŞ QƏTL: Səud padşahının şəxsi cangüdəni dostunun evində, yoxsa sarayda öldürülüb?
Səudiyyə Ərəbistanından olan insan haqları müdafiəçisi Yəhya Əsiri də eyni rəydədir: “Səudiyyə rəsmi mediasının briqada generalı Əbdüləziz əl-Fəğmin öldürülməsinin təfərrüatları ilə bağlı açıqlamaları uydurmadır və Səudiyyə rəsmilərinin həqiqəti gizlətdiyini göstərir”.

Səudiyyə fəalları, ümumən, kral Salmanın şəxsi cangüdəni briqada generalı Əbdüləziz əl-Fağmin vəhşicəsinə öldürülməsi və şübhəli qətlini bu işdə dəhşətli təcrübəsi ilə tanınan Səudiyyə tacdar şahzadəsi ilə əlaqələndirirlər.

Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda “Vaşinqton Post” qəzetinin köşə yazarı Camal Xaşuqcinin Bin Salmanın etibarlı adamları tərəfindən öldürülməsini təsvir edən foto materiallar padşahın şəxsi cangüdəninin qətlindəki sirr və şübhə pərdəsini daha da qatılaşdırır.

Tərcümə: Strateq.az

XƏBƏR LENTİ