Azərbaycan-İran sərhəddində atışma – 3 nəfər öldürüldü

Azərbaycan-İran sərhəddində atışma – 3 nəfər öldürüldüAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin döv­lət sərhədini pozmaları müşahidə olunmuş­dur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmiş, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaç­ma­ğa cəhd göstər­mişlər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olun­muş və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerin­də və­fat etmiş­lər.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar­­­kotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun­muşdur.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov ərazi­yə ezam edilmiş, hadisə yerinə baxış keçirilmiş, sərhəd pozucu­larının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlə­rinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar vermişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Azərbaycan-İran sərhəddində atışma – 3 nəfər öldürüldü

  • 2-10-2019, 12:37
  • 211


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI