Vəzifəli şəxs yarım milyon manatdan çox pul mənimsəyib – Məhkəmə başlayır

763 22-10-2019, 09:53 kriminal

Vəzifəli şəxs yarım milyon manatdan çox pul mənimsəyib – Məhkəmə başlayırXüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmədə təqsirləndirilən şirkət rəhbəri barəsində cinayət işi başlanılıb.

“Smart Poliqraf” və “Marsan” MMC-lərin rəhbəri Mehralıyev İlahim Ərəstun oğlu yarım milyon manatdan çox mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İ. Mehralıyev barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.

İş üzrə Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti və Kənd Təsərrüfatları Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi zərərçəkmiş kimi tanınıb./APA

XƏBƏR LENTİ