“Hərraca adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür” – İcra məmurundan şikayət

“Hərraca adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür” – İcra məmurundan şikayətSəbail rayonu, Nesterov küçəsi ev 5, mənzil 7-də qeydiyyatda olan Səfərov Şahin Vaqif oğlu “Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə Hərrac Mərkəzi” və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin fəaliyyətindən şikayətçidir. “AzPolitika.info”-ya müraciət edən şikayətçi hərracda qanuni şəkildə udduğu və pulunu rəsmi qaydada ödədiyi əmlakın ona verilmədiyini bildirir.

Şikayətçi iddia edir ki, qanunla artıq ona məxsus olan qızıl-zinət əşyalarını Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşının qanunsuz əməli ucbatından ala bilmir: “14.10.2019 –cu il tarixində Respublika Xammal və Əmtəə Birjasının təşkil etdiyi hərracda qalib gələrək, Həsənov Asif Məsim oğluna məxsus 117,8 qram qızıl-zinət əşyalarını əldə etmişəm. Sonra min bir əziyyətlə hərrac təşkilatından qalib olduğuma dair protokolları ala bildim. Qanunvericiliyə uyğun olaraq, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına behdən əlavə 3162 manat ödədim. Ödədyim məbləği göstərən qəbzi də protokola əlavə edərək, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə getdim ki, udduğum qızıl-zinət əşyalarını götürüm. Lakin işə baxan icra məmuru Rövşən Əhmədov mənim qızıl-zinət əşyalarını bazar qiymətindən aşağı məbləğdə aldığımı əsas gətirərək, protokolu təsdiqləməkdən imtina etdi. İcra məmuru deyir ki, 117,8 qram italiya qızılının bazar qiyməti 6000-7000 manat edir, sən isə hərracda onu 3305 manata udmusan. Bəs sənin burda 2000-3000 manat xeyrin var. Qazancın çox olur…”

Ş.Səfərov bildirir ki, qeyri-müəyyən durumla üz-üzə qalıb: “Indi mənə maraqlıdır ki, icra məmurunun vəzifəsi mənim nə qədər qazanc əldə etdiyimi düşünməkdir, yoxsa qanunla üzərinə düşən vəzifələri icra etmək?! Görəsən, icra haqqında qanunun hansı müddəası icra məmuru Rövşən Əhmədova əsas verir ki, mənim əldə edəcəyim qazancı ölçsün? Məgər onun vəzifəsi hərrac komitəsi tərəfindən verilən sənədlərin qanuna uyğun olub-olmadığını yoxlamaq deyilmi? Rövşən Əhmədova dedikdə ki, rəsmi şəkildə imtina cavabı verin, məhkəmədə mübahisələndirək, cavab verdi ki, ona hərrac təşkilatı müraciət etməlidir. Onun dediyi qurumlar isə icra məmurunun dediklərinin əksini bildirirlər. Problemi Rövşən Əhmədovun özü ilə yenidən aydınlaşdırmağa çalışdıqda isə cavab verdi ki, sənə sözümü dedim, bir də mənə zəng eləmə, yanıma gəlmə. İndi kimin yanına gedək, problemimizi kimə deyək bəs?”

Şikayətçi hesab edir ki, qanunla ona düşən haqqını ala bilməməsində həm hərracı təşkil edənlər, həm də icra məmuru maraqlıdır: “Gördüklərim məni belə nəticə çıxarmağa vadar edir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə Hərrac Mərkəzi” MMC-nin təşkil etdiyi hərraclara adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür. Ancaq qabaqcadan müəyyənləşdirdikləri şəxslər qalib gəlirlər. Yəni öz adamları. İştirak etdiyim hərracda ilk əvvəl onun təşkilatıçısı protokolu almağıma maneə yaratdı, sonra tələbkar (qızıl-zinət əşyalarının müsadirə olunduğu Rabitabank) tərəfindən şifahi şəkildə narazılıq bildirildi. Bütün sənədlər hazırlanıb, ödənişlər ediləndən sonra da Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru protokolu təsdiq etməkdən imtina edir və udduğum əmlakı götürməyə imkan yaratmır.”

Şikayətinin sonunda Ş.Səfərov Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edərək, qarşılaşdığı problemin həllində ona yardım göstərilməsini xahiş edir.

“AzPolitika.info” yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırdır.

“Hərraca adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür” – İcra məmurundan şikayət“Hərraca adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür” – İcra məmurundan şikayət
“Hərraca adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür” – İcra məmurundan şikayət
“Hərraca adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür” – İcra məmurundan şikayət
“Hərraca adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür” – İcra məmurundan şikayət

“Hərraca adi vətandaş kimi qatılıb, qalib olmaq qeyri-mümkündür” – İcra məmurundan şikayət

  • 24-10-2019, 15:40
  • 228


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  7. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  8. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI