Azərbaycanda tərkibinə donuz dərisi qatılmış kolbasalar satılır

Azərbaycanda tərkibinə donuz dərisi qatılmış kolbasalar satılırEyyub Hüseynov alıcıları diqqətli olmağa çağırdı; “Bu gün uşaqlar üçün buraxılan bəzi konfetlərin tərkibində də donuz dərisi var...”

“Donuz dərisinin tozu, broyler toyuğunun dərisi...”. Bu inqrediyentlər “Araz” marketlər şəbəkəsində və digər şəbəkələrdə satışda olan “Mortadella” kolbasasının tərkibində yer alır. Belarusiyanın Vitebsk vilayətində istehsal olunan kolbasa aylardır ki, satışdadır. İstehlakçılar isə kolbasanın üzərində yazılan məlumatları oxumadan alırlar.

Həmin məlumatlar isə belədir: “Bişmiş, soyudulmuş birinci növ quş əti kolbasası ”Mortadella". Tərkibi: ət inqrediyentləri (sümükdən mexaniki üsulla ayrılmış toyuq əti, broyler toyuğun dərisi, içməli su, melanj, kartof nişastası, yodlaşdırılmış xörək duzu tərkibində yaprıxmaya qarşı agent - kalium ferrosionid var), noxud nişastası, qatılaşdırıcilar E407, E412, heyvan zülalı; (donuz dərisinin tozu), stabilizatorlar E450, E 452, turşuluq tənzimləyicisi E451, şəkər, antıoksidləşdiricilər, E330, dad və aroma gücləndiricisi E621, maya ekstraktı, ədviyyat (hil), aromatizatorlar (dadlandırıcılar vetçina araması, aromatizatot his), ədviyyat ekstraktı (muskat qozu), maltodekstrin, qida boyası E120 yodat, rəng fiksatoru - natrıum nitrit. Tərkibində qlüten, sud, xardal emalı məhsullarının qalıqları ola bilər".

Odur ki, mağazalardan aldığımız qida məhsullarının tərkibi haqda məlumatlara diqqət etməyimiz vacibdir.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, kolbasının üzərində bu məlumatların yazılması yaxşı haldır: “Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəziliyinə nəzarət edir, amma keyfiyyətinə nəzarət etmək səlahiyyəti yoxdur. Əslində belə mallar əhalinin böyük əksəriyəti üçün arzuolunmaz haldır. Donuz dərisindən jelatin hazırlanır. Bu gün satışda uşaqlar üçün rəngarəng konfetlər var, hansıların ki, tərkibi jelatindir, yəni donuz dərisidir. Donuz dərisi qidaya yumşaqlıq, elastiklik verir. Yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğunu yazıblar. Yazmasaydılar, bunu araşdıran, yazan olmazdı. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, buna baxmayaraq Ramazan ayında efirlərdə spirtli içkilər reklam olunur, piştaxtalara belə məhsullar çıxır”.
Azərbaycanda tərkibinə donuz dərisi qatılmış kolbasalar satılır
Eyyub Hüseynov istehlakçılara müraciət edərək aldıqları məhsullaırn, xüsusən kolbasa məhsullarının üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıb: “Xüsusən xarici ölkələrdən gələn kolbasa və sosiska məmulatlarının üzərini yaxşı-yaxşı oxumaq lazımdır. Bundan başqa illərdir ki, deyirik ki, istehlakçılar üçün məlumat standartları müəyyən olunsun. Böyük hərflərlə bütün malların üzərində tərkib haqda məlumat yazılsın. İstehlakçılar üçün məlumat standartları müəyəyn edilmədikcə donuz dərisini də, toyuq dərisini də, digər heyvanların dərisini də əhaliyə yedirdəcəklər”.

Eyyub Hüseynovun sözlərinə görə, belə aldadıcı fəndlər - tərkib haqda məlumatların olduqca kiçik şriftlərlə yazılması halları Azərbaycanda da var: “Banklar müqavilə bağlayanda az qala oxunmaz ölçüdə olan şriftlə elə şərtlər yazırlar ki, sonradan həmin yazılanlara istinad edib müştərini fakt qarşısında qoyurlar. Bütün hallarda istehlakçıları aldıqları malların üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıram”.

Azərbaycanda tərkibinə donuz dərisi qatılmış kolbasalar satılır

  • 25-11-2019, 14:35
  • 83


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Şənbə gününün hava proqnozu açıqlanıb
  10. Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Kimə nə qədər düşür?
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI